Avropa birinciliyi: Azərbaycan boksçusu 1/4 finala yüksəlib

Bakı, 8 aprel, AZƏRTAC
Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyi davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın beşinci günündə Azərbaycan millisinin daha bir idmançısı ilk görüşünü qələbə ilə başa vurub.
Zidan Hümbətov Cemi Kollinsdən (İrlandiya) güclü olub. 51 kiloqram çəkidə mübarizə aparan yığma üzvü ilk 2 raundda qələbə qazanıb. Üçüncü raundda isə hakim rəqibini diskvalifikasiya edib və Hümbətov 1/4 finala yüksəlib.
Azərbaycan təmsilçisi növbəti qarşılaşmasını aprelin 11-də Safari Mohammad Rizaya (İngiltərə) qarşı keçirəcək.
Abbasqulu Şadlinski (67 kiloqram) isə 1/8 finalda Arturs Vayslaya (Latviya) uduzub.
Qeyd edək ki, Avropa birinciliyinə aprelin 14-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2025 [12:52]
“Şəki”nin basketbolçusu ən dəyərli oyunçu seçilib
- 18.04.2025 [12:11]
“Prezident Kuboku-2025”: Füzuli sakinləri üçün xüsusi tədbir keçiriləcək
- 18.04.2025 [11:30]
“Real Madrid” mövsümün sonunda müdafiəçisi ilə vidalaşacaq
- 18.04.2025 [11:11]
Ceyhun Sultanov: “Neftçi” “Qarabağ”la oyunda asan təslim olmayacaq
- 18.04.2025 [10:53]
Lionel Messi dünya çempionatında oynamaq istəyir
- 18.04.2025 [10:43]
Bu gün kişi voleybolçular arasında Yüksək Liqada finalçılar bəlli ola bilər
Tramp İtaliyaya səfər edəcək
- 17.04.2025 [23:46]
Ötən il bir dini icma qeydiyyata alınıb, altısının qeydiyyatı ləğv olunub
- 17.04.2025 [23:41]
ABŞ-da universitetdə atışma olub, ölən və yaralananlar var
- 17.04.2025 [22:52]