Avropa birinciliyində dörd şahmatçımız xal itirmədən irəliləyir
Bakı, 8 sentyabr, AZƏRTAC
Hazırda Rumıniyanın Mamaya şəhərində keçirilən şahmat üzrə Avropa birinciliyinin üç turu oynanılıb.
AZƏRTAC xəbər verir ki, dörd Azərbaycan şahmatçısı - 8 yaşınadək oğlanlar arasında Cahandar Azadəliyev, 10 yaşınadək oğlanlar arasında Read Səmədov, 12 yaşınadək oğlanlar arasında Aydın Süleymanlı və 8 yaşınadək qızlar arasında Suadə Abbaszadə yüz faiz göstərici ilə liderlər sırasındadırlar.
Əli Süleymanov, Vüqar Manafov, Sadiq Məmmədov, Səmra Qasımova və Gövhər Beydullayeva onlardan yarım xal, daha 10 şahmatçımız isə bir xal geri qalırlar.
İsveçrə sistemi üzrə keçirilən yarışlar 9 turdan ibarət olacaq. Sentyabrın 8-9-da dördüncü və beşinci turların partiyaları oynanılacaq. Sonra turnir iştirakçılarına istirahət veriləcək.
Əlavə edək ki, birincilikdə 49 Avropa ölkəsindən 1142 şahmatçı iştirak edir.
Çempionat sentyabrın 14-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]
“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib
- 12.06.2026 [15:23]