Avropa çempionatının startında Azərbaycan basketbolçularının rəqibləri Belçika yığması olacaq
Bakı, 27 iyul, AZƏRTAC
Bu gün, iyulun 27-də Skopyedə (Makedoniya) yeniyetmə komandalar arasında B divizionunun basketbol üzrə Avropa çempionatı start götürür.
AZƏRTAC xəbər verir ki, Azərbaycan yığması turnirin ilk matçında Belçika komandası ilə qarşılaşacaq. Oyun saat 18:30-da başlanacaq. Azərbaycan komandası daha sonra Estoniya (iyulun 28-də) ilə, Macarıstan (iyulun 29-da), Avstriya (iyulun 31-də) və Gürcüstan basketbolçuları ilə (avqustun 1-də) görüşəcək.
Bu qrupda start turunun digər matçlarında Estoniya - Gürcüstan və Avstriya - Macarıstan cütlükləri qarşılaşacaq.
Basketbol üzrə Avropa çempionatında 24 komanda iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]