Avropa Enerji Xartiyasının Sənaye Məşvərət Qrupunun nümayəndələri “Ekoloji Park”da olmuşlar
Bakı, 1 oktyabr (AZƏRTAC). Avropa Enerji Xartiyasının Sənaye Məşvərət Qrupunun üzvləri “Ekoloji Park”da olmuşlar.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qonaqlara “Ekoloji Park”ın qısa tarixçəsi, yaradılma məqsədi, parkın istehsalat sahələri və infrastrukturu barədə məlumatlar verilmişdir. Ekologiya İdarəsinin əməkdaşları parkda quraşdırılmış alternativ enerji qurğuları, onların iş prinsipi və ətraf mühitin qorunması baxımından əhəmiyyətliliyini qonaqların diqqətinə çatdırmışlar.
Sonra nümayəndə heyəti qapalı şitilxana sahəsində olmuşlar. Məlumat verilmişdir ki, qapalı şitilxana sahəsi toxum və böyütmə şöbələrindən və dekorativ bitkilər üçün şüşəbəndli ərazidən ibarətdir. Hazırda şitilxanada Eldar şamı, Avropa zeytunu, həmişəyaşıl sərv, Şərq çinarı, ağ akasiya və s. növlərə aid toxumlardan becərilən 100 min toxmaçar yetişdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]