Azərbaycan Dövlət İnformasiya Agentliyi

AVROPA İTTİFAQI – AZƏRBAYCAN PARLAMENT ƏMƏKDAŞLIĞI

Bu il fevralın 25-26-da Brüsseldə Arvopa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin üçüncü iclası keçirilmişdir. Avropa Parlamentinin deputatı xanım Ursula Şlayşerin və Milli Məclisin üzvü Asəf Hacıyevin həmsədrliyi ilə keçirilmiş iclasda Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycan parlament nümayəndə heyətinin tərkibinə deputatlardan Gülçöhrə Məmmədova, Anar Məmmədxanov, Novruz Quliyev, Kərəm Əliyev və Nizami Quliyev daxil idilər.

Yığıncaqda Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin 89-cu maddəsinə uyğun olaraq Yekun bəyanatı, habelə Avropa İttifaqı ilə Azərbaycan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi, regional əməkdaşlıq, iqtisadi və ticarət əlaqələri, siyasi islahatlar, demokratikləşdirmə, insan hüquqları barədə tövsiyələr qəbul olunmuşdur.

Avropa İttifaqı ilə Azərbaycan münasibətlərinə dair qəbul olunmuş sənəddə bildirilir ki, Azərbaycan vahid Avropa ailəsinin bir üzvü kimi Avropa strukturlarına inteqrasiya yolu tutmuşdur və Avropa dəyərlərindən bəhrələnir. Avropa İttifaqı ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın inkişafı, Avropa xalqları ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın tərəqqisinə öz töhfəsini verir.

Komitə terrorizmə qarşı mübarizədə Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlığı dəstəkləyir. Qeyd edilir ki, Azərbaycan dünya birliyinin bu sahədəki səylərinə öz layiqli töhfəsini verir.

Respublikanın təhsil ocaqlarında Avropa dəyərlərinin gənc nəslə çatdırılması istiqamətində də lazımi iş aparılır. Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin bütün strukturlarının fəaliyyətə başlaması Avropa İttifaqı ilə Azərbaycan arasında sıx əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradır.

Komitə Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında Əməkdaşlıq Şurasının 2001-ci il oktyabrın 30-da Lüksemburqda keçirilmiş üçüncü iclasının nəticələrini bəyənir. Ölkədə siyasi, iqtisadi, hüquqi islahatların aparılması Azərbaycanın Avropaya inteqrasiyası üçün yeni perspektivlər açmışdır.

Komitə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin yerinə yetirilməsinə dair milli proqramın ilkin layihəsinin Azərbaycan tərəfindən hazırlanaraq təşkilata təqdim edilməsini bəyənir.

Sənəddə qeyd edilir ki, Azərbaycanda iqtisadiyyat ardıcıl şəkildə inkişaf edir. Bununla yanaşı, Komitə ölkəmizin ərazi bütövlüyünə dəstək verilməsi istiqamətində Azərbaycana humanitar, bərpa və yenidənqurma işlərində yardımın bundan sonra da davam etdirilməsini və ölkəyə sərmayə qoyuluşuna kömək məqsədilə proqramların hazırlanmasını zəruri hesab edir.

Qeyd edilir ki, 1992-ci ildən bu günədək təşkilat Azərbaycana 370 milyon avro dəyərində texniki yardım göstərmişdir. Bu yardım gələcəkdə daha da artırılacaqdır.

Təşkilat Bakıda Avropa Komissiyası nümayəndəliyinin açılmasını da məqsədəuyğun hesab etmişdir.

Sənəddə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətə dair bildirilir:

Dağlıq Qarabağ münaqişəsi regionun, o cümlədən Azərbaycanın təhlükəsizliyinə və bölgənin iqtisadi inkişafına böyük maneçilik törədir. Komitə ATƏT-in Minsk qrupunu münaqişənin sülh yolu ilə həlli üçün səylərini artırmağa çağırır. Bildirilir ki, bu qurum problemin beynəlxalq hüquq normalarına, suverenlik, ərazi bütövlüyü, dövlət sərhədlərinin toxunulmazlığı prinsiplərinə əsaslanan həllinə nail olmaq üçün yeni təkliflər işləyib hazırlamalıdır.

Komitə bildirir ki, münaqişənin həllinin uzanması qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmalarına mane olur. Sənəddə göstərilir ki, Ermənistan Azərbaycanın Avropa İttifaqı tərəfindən dəstəklənən təklifini qəbul etmir, Bakı-Naxçıvan-Yerevan dəmir yolu boyunca işğal edilmiş ərazilərdən öz silahlı qüvvələrinin çıxarılmasına razılıq vermir, ümumiyyətlə bunula əlaqədar tədbirlər paketinə məhəl qoymur. Ona görə də Komitə yaranmış vəziyyətdən tez bir zamanda çıxış yolu tapmağa çağırır.

Sənəddə regional əməkdaşlıq çərçivəsində Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərinə dair bildirilir:

Komitə terrorizmə qarşı mübarizədə Cənubi Qafqaz regionunun Avropa İttifaqı üçün strateji, siyasi və iqtiasdi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, Azərbaycanın Avropa ilə Asiya arasında başlıca körpü rolu oynadığını qeyd edir.

Təşkilat Azərbaycanın və regiondakı digər iki ölkənin gələcəkdə Avropa İttifaqına üzvlüyə namizəd olmasını istisna etmir. Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üçün ümumi strategiyanın qəbul edilməsi təklifini dəstəkləyir.

Komitə bütün Xəzəryanı dövlətləri Xəzərin hüquqi statusu barədə dinc yolla razılığa gəlməyə çağırır.

Təşkilat Ermənistandakı Medzamor atom stansiyasının bütün regionda ətraf mühit və ekologiya üçün böyük təhlükələr yaratdığını xüsusilə qeyd edir. Bildirilir ki, adı çəkilən stansiyanın bağlanması istiqamətində işlər davam etdirilməlidir.

Parlament Əməkdaşlığı Komitəsinin sənədində iqtisadi və ticarət münasibətlərinə geniş yer verilmişdir. Qəbul olunmuş sənəddə bildirilir:

Komitə Azərbaycanda aparılan ardıcıl iqtisadi islahatları dəstəkləyir, özəlləşdirmə və torpaq islahatı sahələrində əldə edilmiş tərəqqini bəyənir. Təşkilata üzv ölkələrlə Azərbaycan arasında ticarət əlaqələrinin inkişaf etdiyini qeyd edir.

Azərbaycan Respublikası Prezidentinin Korrupsiya ilə mübarizə Proqramını, Azərbaycanın Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya üzrə Palermo Konvensiyasına qoşulmasını bəyənir.

Azərbaycanda islahatlar prosesinin gedişinə TASİS proqramı çərçivəsində köməyin əhəmiyyətini qeyd edir.

Komitə ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün olduğunu nəzərə alaraq, Avropa İttifaqını Azərbaycana yardım etməyə çağırır və yoxsulluğun aradan qaldırılması üzrə xüsusi strategiyanın hazırlanmasını bəyənir.

Sənəddə siyasi islahat, demokratikləşmə və insan hüquqlarına dair deyilir:

Komitə Azərbaycanın və həmçinin regiondakı digər dövlətlərin Avropa Şurasına qəbul olmasını alqışlayır və bu təşkilatın regiondakı dövlətlər arasında beynəlxalq hüquq normalarına uyğun münasibətlərin bərpasında əhəmiyyətli rol oynayacağını qeyd edir. Komitə Azərbaycanda aparılan demokratik islahatları bəyənir, habelə seçki qanunvericiliyinin təkmilləşdirilməsi sahəsindəki səyləri dəstəkləyir.

Təşkilat eyni zamanda, Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyəti sahəsində də müsbət inkişaf proseslərini təqdirəlayiq hesab edir.

Beləliklə, fevralın 25-26-da Brüsseldə keçirilmiş Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin üçüncü iclası, burada Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə uyğun olaraq qəbul edilmiş Yekun Bəyanatı və tövsiyələr respublikamızın Avropaya inteqrasiyası yolunda mühüm bir addım kimi qiymətləndirilməlidir. Sənəddə regiondakı problemlərlə əlaqədar müddəalar Avropa İttifaqının bölgəyə artan diqqətini aydın şəkildə əks etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib