Avropa İttifaqı Kosovoya qarşı əlavə tədbirlər görə bilər
Belqrad, 8 avqust, AZƏRTAC
Avropa İttifaqı (Aİ) ölkənin şimalında serblərin yaşadığı bələdiyyələrdə son dövrlərdə atdığı addımlara görə Kosovo hökumətinə qarşı cəza tədbirlərini artıra bilər.
AZƏRTAC xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano deyib. Son günlərdə Serbiya və Kosovo arasında artan gərginliyi şərh edən Peter Stano bildirib ki, ötən il ölkənin şimalındakı gərginliyi azaltmaqla bağlı addım atmadığı üçün Aİ-nin Kosovoya tətbiq etdiyi cəza tədbirləri hələ də qüvvədədir. Əgər Aİ-nin bütün üzvləri razılaşarsa, tədbirlər daha da artırıla bilər. O deyib: “Həm Aİ, həm də Kosovonun bütün beynəlxalq tərəfdaşları Priştina administrasiyasını mənfi, birtərəfli və razılaşdırılmamış addımlar atmamağa çağırır. Kosovo hökumətinin bu mesajları eşidəcəyinə və vəziyyəti dəyişəcəyinə ümidvarıq”.
Xatırladaq ki, Kosovo hökuməti ölkənin şimalında serblərin çoxluq təşkil etdiyi dörd bələdiyyədə Serbiyaya məxsus bankın altı filialını və “Posta Srbije” milli poçt xidmətinin doqquz şöbəsini bağlayıb. Həmçinin Mitrovitsada şəhəri ikiyə ayıran İbre çayı üzərindəki körpünün nəqliyyat vasitələrinin hərəkətinə açılması serblər tərəfindən narazılıqla qarşılanıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]