Avropa İttifaqı Nigeriyanın enerji sektoruna 40 milyon dollar sərmayə qoyacaq
Bakı, 17 fevral, AZƏRTAC
Avropa İttifaqı Nigeriyanın enerji sektoruna 40 milyon ABŞ dolları həcmində investisiya yatıracağını vəd edib.
AZƏRTAC China.org saytına istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının Nigeriya nümayəndəliyinin rəhbəri Samuela Isopi ilə energetika naziri Adebayo Adelabu arasında paytaxt Abucada keçirilən görüşdə məlumat verilib.
Samuela Isopi vəd edilən dəstəyin ölkənin energetika sektorunun kritik problemlərinin həllinə yönəldiyini, xüsusən səhiyyə müəssisələri üçün uyğun olan kiçik hidroenergetika və günəş generatorlarının inkişafı kimi təşəbbüslərə yönələcəyini bildirib. Aİ nümayəndəsi, həmçinin investisiyanın həm təcrid olunmuş, həm də bir-birinə bağlı kiçik şəbəkələri əhatə edən kəndlərin elektrikləşdirilməsi layihələrinə də şamil ediləcəyini vurğulayıb.
Adebayo Adelabu isə öz növbəsində Nigeriyanın enerji sektorunun üzləşdiyi problemləri həll etmək üçün daha çox dəstəyə ehtiyacları olduğunu qeyd edib.
Nigeriya hökuməti iqtisadi problemlərin həllinə yönələn islahatlar çərçivəsində elektrik enerjisi sahəsinə subsidiyaları dayandıracağını açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]