AVROPA İTTİFAQI ÖLKƏLƏRİNDƏ HƏR İL 79 MİN ADAM TÜTÜNÜN QURBANI OLUR
Məlumatda bildirilir ki, tütünə aludə olanların 72 mini evində, 7 mini öz iş yerində və 325 nəfəri isə bar, restoran və diskotekalarda çəkilmiş siqaretin qurbanlarına çevrilir.
Aparılmış tədqiqatlar göstərmişdir ki, çəkilmiş siqaretlərin 85 faizi barmaqlar arasında tutulduğundan və kül qabına qoyulduğundan siqaret tüstüsü ətrafa yayılaraq, insan orqanizmi üçün ciddi təhlükə yaradır, minlərlə insanın həyatına son qoyur.
Böyük Britaniyanın Nottingem Universitetinin professoru Con Britton uzun muddət apardığı təcrübələr əsasında belə qənaətə gəlmişdir ki, ictimai yerlərdə siqaretə qadağa qoyulması risk təhlükəsini dörd dəfə azaltmışdır.
Xatırladaq ki, 2004-cü ilin yanvar ayından etibarən Norveç, İtaliya, Malta, İsveç və Şotlandiyada ictimai yerlərdə siqaret çəkilməsinə tam qadağa qoyulmuşdur. İngiltərə, Uels, Şimali İrlandiya və Belçika kimi ölkələr də artıq bu addımı atmışlar.