Avropa İttifaqı Şurasının nümayəndəsi Gürcüstana səfərini yarımçıq qoyaraq ölkəni tərk edib
Tbilisi, 31 mart, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin şəxsi nümayəndəsi Kristian Danielson Gürcüstana səfərini yarımçıq qoyaraq ölkəni tərk edib.
AZƏRTAC xəbər verir ki, şəxsi nümayəndə Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanında ölkəni tərk etməsinin səbəbləri ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, Aİ Şurası prezidentinin şəxsi nümayəndəsi Gürcüstanda iqtidarla müxalifət arasında 5 aydan çoxdur davam edən problemi həll etmək üçün Tbilisiyə gəlmişdi.
Martın 30-da onun təşəbbüsü ilə iqtidar və müxalifət liderləri arasında görüş olub. Görüşdən sonra verdiyi açıqlamada K.Danielson hakim partiya və müxalifətin güzəştə getmədiklərini bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]