Avropa İttifaqına üzv ölkələrin Azərbaycandakı səfirləri Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı, 19 yanvar, AZƏRTAC
Avropa İttifaqına (Aİ) üzv ölkələrin Azərbaycandakı səfirləri yanvarın 29-da Şəhidlər xiyabanını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, xarici diplomatlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsini anıb, məzarları üzərinə tər güllər düzüblər.