Avropa Kuboku: “Sabah” bu gün İsveç klubunu qəbul edəcək
Bakı, 23 oktyabr, AZƏRTAC
Bu gün “Sabah” basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, G qrupunda mübarizə aparan Bakı klubu doğma meydanda İsveçin "Norrçepinq Dolfins" kollektivini sınağa çəkəcək. Bakı İdman Sarayında keçiriləcək matç saat 19:00-da başlayacaq.
Azərbaycan çempionu daha əvvəl keçirdiyi görüşlərdə "Spiru"ya (Belçika) səfərdə 81:82, "Marussi"yə (Yunanıstan) evdə 70:82 hesabı ilə uduzub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]