Avropa Parlamenti Kiyevdə daimi nümayəndəliyini açacaq
Bakı, 17 sentyabr, AZƏRTAC
Avropa Parlamenti Kiyevdə daimi nümayəndəliyini açmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola məlumat verib. “Əməkdaşlığımızı daha da gücləndirmək üçün biz Kiyevdə Avropa Parlamentinin daimi nümayəndəliyini açacağıq ki, sizinlə hər gün birlikdə işləyə bilək", - deyə o, Ali Radada çıxış edərkən deyib. Metsola, həmçinin bildirib ki, Avropa Rusiyaya qarşı “sərt sanksiyalar” siyasətini davam edəcək və münaqişə başa çatdıqdan sonra Ukrayna “Avropa İttifaqının millətlər ailəsinə qoşulacaq”.
Qeyd edək ki, Avropa Parlamentinin sədri bu gün Kiyevə gəlib. Euractiv portalının məlumatına görə, Metsolanın səfəri zamanı Vladimir Zelenski və Ukraynanın Baş naziri Yuliya Sviridenko ilə görüşləri planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]