AVROPA ŞURASI YERLİ VƏ REGİONAL HAKİMİYYƏTLƏR KONQRESİNİN SƏDRİ AZƏRBAYCANA GƏLƏCƏK
AZƏRTAC xəbər verir ki, fevralın 13-də Avropa Şurası (AŞ) Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Covanni Di Stasi Azərbaycana səfərə gələcəkdir.
AŞ-nin mətbuat bölməsindən verilən məlumata görə, səfər müddətində C.Di Stasinin dövlət və hökumət rəsmiləri ilə görüşlərində bələdiyyələrin işinin təkmilləşdirilməsi, Azərbaycan Milli Bələdiyyələr Assosiasiyasının yaradılması və digər məsələlər müzakirə ediləcəkdir.