Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Şurasında işğal olunmuş Azərbaycan ərazilərində erməni terror təşkilatlarının əməllərindən danışılıb

Avropa Şurasında işğal olunmuş Azərbaycan ərazilərində erməni terror təşkilatlarının əməllərindən danışılıb

Strasburq, 29 iyun, AZƏRTAC

AŞPA-nın yay sessiyasında türkiyəli deputat Talip Kiçikcanın “Terrorizmə qarşı Avropanın birgə mübarizəsi: uğurlar və uğursuzluqlar” adlı məruzəsinin müzakirəsi zamanı çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov beynəlxalq təşkilatları, o cümlədən Avropa Şurasını bütün dünyanı getdikcə daha çox narahat edən terrorizmlə mübarizəyə yaxından və göz qabağında olan Ermənistan kimi ölkələrdən başlamağın vacib olduğunu bildirib.

Deputat qeyd edib ki, terror kabusu getdikcə miqyaslarını genişləndirməkdə, dünyanın daha çox ölkələrini əhatə etməkdədir. Hansı ölkədə, kimin, hansı məqsədlərlə törətməsindən asılı olmayaraq terror insanlığa qarşı cinayətdir və hər kəs ən əvvəl özünü, öz ailəsini, öz vətənini düşünərək bu qorxunc bəlaya qarşı ən qəti mübarizəyə hazır olmalıdır.

“Təəssüf ki, biz çox zaman yalnız dəhşətli terror hadisələri baş verdikdən sonra səsimizi qaldırır, həmrəyliyimizi ifadə edir, terrora qarşı mübarizədə daha mütəşəkkil olmağa çalışırıq. Terrorizmə qarşı mübarizədə itkilərimizdən danışarkən, kifayət qədər uğurlu olmadığımız barədə düşünərkən ilk növbədə özümüzü günahkar bilməliyik. Bəzən göz qabağında, öz yanımızda olan terrorçunu və terroru açıq şəkildə müdafiə edəni sanki görməyərək biz onu mücərrəd uzaqlarda aramağa başlayırıq. Burada, Avropa Şurasında mən düz 15 il öncə, 2002-ci il iyunun 14-də “Azərbaycan Respublikasının işğal altındakı ərazilərində Ermənistanın himayə etdiyi terror təşkilatları” adlı 9489 saylı tövsiyə üçün qətnamə hazırlamış, Assambleyanı bu problemi ciddi müzakirə etməyə, tədbirlər görməyə çağırmışdım” - deyə R.Hüseynov diqqətə çatdırıb. O bildirib ki, həmin dövrdə heç bir tədbir görülməyib, halbuki o zaman Avropada və dünyada terror hələ indiki kimi geniş qol-qanad açmamışdı. O zamankı susqunluğun bugünkü vəziyyətə birbaşa təsiri var. Dünyada terroru dəstəkləyən, ona rəvac verən ölkələrin ən fəallarından biri olan Ermənistan Avropa Şurasının içindədir.

Ermənistanın bilavasitə dövlət terrorizmi ilə məsul olduğunu, terrorizmi dövlət səviyyəsində dəstəklədiyini söyləyən deputat Rafael Hüseynov konkret faktlara müraciət edib: “Avropada, Yaxın və Orta Şərq ölkələrində törətdiyi çoxsaylı terror aktları ilə məşhur olan ASALA (Ermənistanın Xilası Naminə Azadlıq Ordusu) erməni terror təşkilatı 1980-ci illərin sonlarından etibarən coğrafiyasını bir qədər də genişləndirərək Cənubi Qafqazı da əhatə edib. Ermənistanın Azərbaycana təcavüzü başladıqdan sonra Ermənistanın xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq şəraitində ASALA yalnız 1990-cı illərdə Azərbaycan ərazisində 30-dan artıq ağır terror aktı törədib. Dünyadakı ilk metro terrorizminin də müəllifi ASALA-dır. Bakıda 1994-cü il iyulun 3-də Ermənistan dövləti və ASALA-nın birbaşa əməkdaşlığı şəraitində törədilən həmin metro terroru zamanı çoxlu sayda insan həlak oldu və yaralandı. Ermənistanın terrorizmi dövlət səviyyəsində dəstəkləməsinin ən bariz nümunəsi isə Monte Melkonyandır. Dünya terror şəbəkəsinin tanınmış adlarından olan “adamyeyən” ləqəbli Monte Melkonyan Parisdə törətdiyi terror aktlarına görə Fransa hüquq-mühafizə orqanları tərəfindən 2 dəfə həbs edilib, azadlığa çıxdıqdan sonra Ermənistana gedib, 1992-ci ilin fevralında azərbaycanlılara qarşı həyata keçirilən qanlı Xocalı soyqırımı zamanı xüsusi terror qrupuna rəhbərlik edib. Yeri gəlmişkən, Xocalı soyqırımında ASALA və onun alt qolları olan Arabo və Aramo terrorçu qrupları aparıcı rol oynayıblar. Ermənistan dövlətinin bu qəbil terrorçularla birbaşa əlaqəsinin və terrorizmə aşkar dəstəyinin sübutları göz qabağındadır. Monte Melkonyan rəsmən Ermənistanın milli qəhrəmanı elan edildi, sağlığında adına küçə verildi, abidəsi ucaldıldı. 1983-cü il iyulun 15-də Parisdə Orli hava limanında törətdiyi partlayışın çoxsaylı fransız, amerikan, İsveç, türk vətəndaşlarının həlak olması ilə nəticələnən digər beynəlxalq terrorçu Varujan Karapetyan da Ermənistan dövlətinin qayğısı ilə qarşılandı, ona Ermənistanda rahat həyat şəraiti yaradıldı”.

Erməni terror təşkilatlarının işğal altındakı Azərbaycan ərazilərində mövcudluğu məsələsinə toxunan Rafael Hüseynov bu qüvvələrə qarşı beynəlxalq səviyyədə antiterror əməliyyatı aparılmasının zəruriliyini Assambleya üzvlərinin diqqətinə çatdırıb: “Bu gün də ASALA və digər erməni terror təşkilatları Ermənistan xüsusi xidmət orqanları və ordu birləşmələrinin tərkibinə inteqrasiya olunaraq fəaliyyət göstərməkdədir. Ermənistan və onu dəstəkləyən xarici qüvvələrin işğal etdiyi Azərbaycan ərazilərində erməni terror təşkilatlarının bayrağının qaldırılması, 2011-ci ildən bəri Qarabağda, təmas xəttinin Tərtər rayonu istiqamətindəki döyüş mövqelərində ASALA-nın bayrağının asılması beynəlxalq səviyyədə həmin ərazilərdə antiterror əməliyyatlarının başlanmasına mühüm əsasdır”.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pxenyan Vaşinqtona və Seula birgə hərbi təlimlərlə bağlı xəbərdarlıq edib

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ-yə ixrac edildiyi açıqlanıb

Media: Donald Tramp Kim Çen Inla görüşmək niyyətindədir

İsrail Suriyadakı hərbi bazaya zərbə endirib

Çində 5,9 bal gücündə zəlzələ baş verib

CNN: ABŞ İranla danışıqları dayandırıb

Almaniya sərhəd nəzarətini daha altı ay uzatmaq istəyir

Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 300-ü keçib

Çempionlar Liqası: “Fənərbağça”nın Fransa klubu ilə qarşılaşması 1:1 hesabı ilə başa çatıb

Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Rusiya vətəndaşı vəzifəsindən istefa verib

İki iranlı diplomat Fransadan çıxarılacaq

Türkiyədə zəlzələ olub

"Hapoel"in baş məşqçisi: “Sabah” keyfiyyətli və sürətli komandadır

Ağdaşda və Göyçayda təmir işləri ilə əlaqədar sabah elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Yunanıstanda meşə yanğınları başlayıb

İsrail Qəzzada HƏMAS-ın komandirlərinin görüş keçirdiyi yerə zərbə endirib

Azərbaycan güləşçisi yenidən dünya çempionatının finalına yüksəlib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Media: Avropanın miqrasiya siyasəti böhranın nəticələrinə yönəlir

"Barselona" Rodrinin transferini açıqlayıb

Ebola virusu yayılan Konqo Demokratik Respublikasında narazılıqlar başlayıb

Paytaxtın 30 yol sahəsində təmir işləri yekunlaşdırılıb

Xocavənddə uşaqların rəqəmsal təhlükəsizliyinə dair təlimlərə start verilib

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü qeyd edilib

Bu saata olan əsas xəbərlər

BƏƏ-nin hava hücumundan müdafiə qüvvələrinin raket təhlükəsi aşkar etdiyi açıqlanıb

DSMF “Əlçatan hüquq” layihəsini davam etdirir

Almaniyada dron təhlükəsizliyi üzrə yeni texnologiya mərkəzi fəaliyyətə başlayıb

Müəllimlərin işə qəbulu müsabiqəsində vakansiya seçimi mərhələsinin nəticələri elan olunub

“Neftçi” serbiyalı futbolçu ilə müqavilə imzalayıb

Berlin administrasiyasına kiberhücum 50 mindən çox ailənin sosial ödənişlərini riskə atıb

907-ci düzəlişin ləğvi Azərbaycan-ABŞ strateji tərəfdaşlığında yeni imkanlar aça bilər TƏHLİL

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri – Zaqatalada seminar

“Real Madrid” Joze Mourinyonu ictimaiyyətə təqdim edib

Qivami Rəhimli: Bir ömrün yaddaşında qalan izlər – Tamam Bayatlı

Məkkə sazişi: Orta güclərə və kollektiv çəkindirməyə üstünlük - Analitika

Heyvan kəsimində baytarlıq nəzarəti niyə vacibdir?

Şahzadə Diananın qardaşı onun haqqında kitab yazacaq

Azərbaycanın Milli Qəhrəmanı, itkin şəhid Xəqani Aslanovun xatirəsi yad edilib VİDEO

Azərbaycanın Milli Qəhrəmanı, itkin şəhid Xəqani Aslanovun xatirəsi yad edilib VİDEO

Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs polisə təslim olub VİDEO

Bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs polisə təslim olub VİDEO

® MİDA güzəştli ipoteka krediti – “Expressbank”da

Çempionlar Liqası: “Hapoel” “Sabah”la oyuna tam heyətlə hazırlaşır

TRIPP mövcud nəqliyyat dəhlizlərinə rəqib deyil, onları tamamlayan layihədir – Ekspert rəyi

Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

Sənətşünas: ARKA-nın layihələri dəstəkləməsi kino sahəsində inkişafın göstəricisidir

Tramp: İranla heç bir danışıqlar aparılmır və ya planlaşdırılmır

ABŞ-də Azərbaycan diasporunun fəaliyyəti və yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib

Qazaxıstanda Qurultay seçkiləri üçün 777 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

Azərbaycan jurnalistləri Özbəkistanın Milli Uşaq Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olublar VİDEO

Azərbaycan jurnalistləri Özbəkistanın Milli Uşaq Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olublar VİDEO

Qusarda maşının vurduğu dörd yaşlı uşaq ölüb

Azərbaycan həndbolçusu: Avropa Kubokunda final fitinə qədər mübarizə aparacağıq

Nadir Bədəlov: Festivallarda kinoşünasların rəyi böyük əhəmiyyət daşıyır

Naxçıvanın daşları nə danışır? – Abidələrin arxasındakı böyük Azərbaycan tarixi

Böyük Britaniyanın Baş naziri saxta mesajlaşma ilə bağlı hadisədən utanmadığını açıqlayıb

Endi Börnhem: Böyük Britaniya Ukraynaya dəstəyini davam etdirəcək

BMU tələbələri aqrar sahədə süni intellektin tətbiqi ilə bağlı layihələrini təqdim ediblər

® “Bir” Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark’26”ya qeydiyyatı açıq elan edir

Azərbaycanlı rəssamın ABŞ-də fərdi sərgisi açılıb

İngiltərədə sığınacaq axtaranların ünvanlarını paylaşmaqda ittiham olunan şəxs həbs edilib

ABŞ-İran razılaşması ilə bağlı qeyri-müəyyənlik nefti bahalaşdırır

Moskva vilayətində məktəbdə qumbaranın partlaması nəticəsində dörd müəllim xəsarət alıb

Keçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı müraciətləri dinlənilib

Qazaxıstanda neft-qaz şirkətləri Xəzərdə terrorla mübarizə qüvvələrinin yerləşdirilməsi üçün yer ayıracaq

Amin Məmmədov: Mövcud yaşıllıqların qorunması şəhər yaşıllığının davamlı inkişafının əsas istiqamətlərindəndir

İlk yarımildə Qazaxıstanın Azərbaycanla ticarət dövriyyəsi 206 milyon dolları ötüb

Aygün Aslanlı: Mükafatların təsis olunması kinematoqrafçıların əməyinin qiymətləndirilməsinə xidmət edir

Azərbaycan-Türkiyə tərəfdaşlığının regionun geoiqtisadi xəritəsinin formalaşmasında rolu TƏHLİL

Almaniyada quraqlıq kənd təsərrüfatına ciddi zərbə vurub

Avropada qaz anbarlarının doluluq nisbəti son 5 ilin ən aşağı səviyyəsindədir

Baş prokuror Qubada vətəndaşların müraciətlərini dinləyib

Mərkəzi Bank Maliyyələşdirilmiş Qaimələrin Reyestri Sistemini yaradır

Voleybol üzrə Avropa çempionatının Bakıdakı oyunlarını 7 ölkənin hakimləri idarə edəcək

Sabah Abşeron çimərliklərində suyun temperaturu 26 dərəcəyədək isti olacaq

Nicat Dadaşov: Peşəkar qiymətləndirmə və sağlam rəqabət milli kinonun inkişafına təkan verir

“Səbail” yeni futbolçu transfer edib

Binəqədidə istifadə olunmayan tikilidə baş verən yanğın söndürülüb VİDEO

Binəqədidə istifadə olunmayan tikilidə baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan mirvari, qiymətli metal və zərgərlik məmulatı ixracını 20 dəfədən çox artırıb

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət ediblər

Azərbaycan muğamı Rumıniyada beynəlxalq festivalda təqdim olunub

İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşların müraciətlərini dinləyəcək

Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Murtəza Həsənov: Azərbaycanın sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur

DİM rezidenturaya qəbulun nəticələrini açıqlayıb

Avropa çempionatında medal qazanan paracüdoçular Vətənə qayıdıblar

“Qarabağ” və “Tvente”nin 7-ci dueli: Əvvəlki oyunlar necə bitib?

Süni intellekt kənd təsərrüfatında: Qusarda innovativ layihələr təqdim olunub

Belçikadakı meşə yanğınının təsiri Kölnə qədər yayılıb

“Ulduz” jurnalının iyul-avqust nömrəsində...

Ekspert: TRIPP Orta Dəhlizin dayanıqlığını gücləndirən yeni bağlantı imkanları yaradır

Böyük Britaniyada iş vakansiyalarının sayı son beş ilin ən aşağı səviyyəsinə enib

Ankarada zərgərlik sənətinin 12 minillik tarixinə həsr olunmuş sərgi açılıb VİDEO

Ankarada zərgərlik sənətinin 12 minillik tarixinə həsr olunmuş sərgi açılıb VİDEO

Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub ŞƏRH

Özbəkistan MTRŞ əməkdaşlar üçün süni intellekt imkanlarını genişləndirir

Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib

Almaniya Silahlı Qüvvələrində 186 min 700 kişi və qadın xidmət edir

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

® Hər böyümüş limfa düyünü təhlükəlidirmi?

Rumıniyalı futbolçu: "Neftçi"yə keçidimlə bağlı danışıqlar son mərhələdədir

® “Mən sadəcə işimi görürəm”: PR mütəxəssislər niyə çox vaxt görünməz qalırlar?