Avropada ictimai nəqliyyatdan koronavirusun mövcudluğunu yoxlamaq üçün nümunələr götürülür
Budapeşt, 9 aprel, AZƏRTAC
Avropa İttifaqı ölkələrində vaqonlardan və ictimai nəqliyyat avtomobillərindən COVID-19 virusunun mövcudluğuna dair nümunələr götürülməyə başlanıb.
AZƏRTAC xəbər verir ki, bu günlərdə ilk belə nümunələr Çexiya paytaxtının tramvaylarından götürülüb. Analoji tədbirlər daha sonra Budapeştdə və Brüsseldə həyata keçirilib.
Nümunələr xüsusi sistem biosensorlarının köməyi ilə götürülüb. Mütəxəssislər avtobusların, tramvayların, qatarların və metro stansiyalarının, şəhərətrafı qatarların içindən və səthindən, eləcə də həmin nəqliyyat vasitələrinin içindəki havadan nümunələr götürüblər. Seçilmiş nümunələr xüsusi testlər vasitəsilə yoxlanılır.
Bundan əlavə, sürahilərdə, tutacaqlarda, oturacaqlarda, idarəetmə düymələrində və bilet terminallarında virusun olub-olmaması yoxlanılacaq. Yaxmalar habelə nəzarət düymələrindən, liftlərdən, eskalator tutacaqlarından, pilləkənlərdən, oturacaqlardan və platformalardakı informasiya panellərindən götürüləcək.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]