AVROPALI VASİTƏÇİLƏR YENİDƏN KİYEVƏ TOPLAŞIRLAR
AZƏRTAC-ın Kiyevdən aldığı xəbərə görə, Ukraynada siyasi böhranın aradan qaldırılması üzrə beynəlxalq vasitəçilər yenidən buraya gəlirlər. Polşa və Litva prezidentləri Aleksandr Kvasnevski və Valdas Adamkus, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Xavyer Solana və ATƏT-in baş katibi Yan Kubiş növbəti, sayca üçüncü “dəyirmi masa” iclasında iştirak edəcəklər.
A.Kvasnevski Kiyevə gəlməzdən əvvəl Varşavada bildirmişdir ki, Ali Məhkəmənin prezident seçkilərinin ikinci turunun nəticələrini etibarsız etməsi və dekabrın 26-da təkrar səsvermə keçirilməsi haqqında qərarı ilə əlaqədar ukraynalıların sevincinə şərikdir. O demişdir: “Mən daha çox şadam ki, böhranı hüquqi məkanda həll etmək mümkün oldu”.
Xatırladaq ki, beynəlxalq vasitəçilərin iştirakı ilə Ukrayna siyasətçilərinin apardıqları danışıqların birinci mərhələsi noyabrın 26-da, ikinci mərhələsi dekabrın 1-də keçirilmişdir. Böhranı həll etməyə imkan verən birgə sənəd də onda imzalanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]