Avropanın avtomobil bazarında alman istehsalçıların payı artır
Berlin, 28 oktyabr, AZƏRTAC
Avropanın avtomobil bazarı sentyabr ayında 10 faiz böyüyüb. “Plug-in” hibrid avtomobillərin satışı 65 faiz artaraq bazardakı payı 10,3 faizə çatıb.
AZƏRTAC “Handelsblatt” qəzetinə istinadla xəbər verir ki, bu barədə Avropa Sənaye Assosiasiyasının (ACEA) və EY konsaltinq şirkətinin məlumatında bildirilib.
Məlumata əsasən, tam elektrikli avtomobillərin satışında da 20 faiz artım qeydə alınıb və bu tipli nəqliyyat vasitələrinin payı ümumi bazarın 18,9 faizini təşkil edir. Ən çox satılanlar isə adi hibrid avtomobillərdir. Onların bazar payı təxminən 35 faizdir. Benzin və dizel mühərrikli avtomobillərin payı isə 37 faizə enib.
Almaniya avtomobil istehsalçılarının satışları ilin ilk doqquz ayında 4,4 faiz artıb. Ümumilikdə bu şirkətlərin bazar payı 39,5 faizə yüksəlib. İlk sıralarda “Volkswagen” və BMW, bazar payı azalanlar arasında isə “Tesla”, “Toyota” və “Stellantis” yer alır. “Tesla”nın satışları ötən ilə nisbətən 39 faiz azalıb. Belə tendensiya fonunda 2035-ci ildən daxili yanma mühərrikli avtomobillərin satışına qoyulacaq qadağanın yumşaldılacağı ehtimal olunur. Bazarın ümumi həcmi ilin əvvəlindən 0,9 faiz artsa da, satış səviyyəsi hələ də 2019-cu ilin göstəricilərindən 19 faiz aşağıdır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [20:58]