Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropanın enerji təhlükəsizliyi və Azərbaycanın dəyişməyən strateji rolu - ŞƏRH

Avropanın enerji təhlükəsizliyi və Azərbaycanın dəyişməyən strateji rolu -  ŞƏRH

Bakı, 2 iyun, AZƏRTAC

Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev ölkənin enerji siyasətinin keçdiyi inkişaf yolunu, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri və gələcək strateji prioritetlərini geniş şəkildə təqdim etdi. Dövlət başçısının çıxışı təkcə enerji sektorunun nəticələrinin qiymətləndirilməsi deyil, həm də Azərbaycanın iqtisadi, siyasi və geostrateji inkişaf modelinin əsas istiqamətlərinin nümayişi kimi diqqət çəkdi. Prezident vurğuladı ki, müasir Azərbaycanın enerji inkişafının təməli 1994-cü ildə “Əsrin müqaviləsi” ilə, daha sonra isə 1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə imzalanmış tarixi sazişlə qoyulub. Bu müqavilələr Azərbaycanın dünya enerji bazarına inteqrasiyasını təmin etməklə yanaşı, ölkənin iqtisadi müstəqilliyinin və davamlı inkişafının əsas dayaqlarına çevrildi. Dövlət başçısının qeyd etdiyi kimi, 1990-cı illərin əvvəllərində Azərbaycan ağır iqtisadi böhran, siyasi qeyri-sabitlik, işğal faktı və sosial problemlərlə üz-üzə idi. Belə bir şəraitdə təbii sərvətlərdən səmərəli istifadə strategiyası ölkənin inkişafının yeganə real çıxış yolu idi. Bu gün əldə olunan nəticələr həmin strateji qərarların nə qədər düzgün olduğunu bir daha təsdiqləyir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, Prezidentin çıxışında xüsusi yer tutan məsələlərdən biri Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində oynadığı rol oldu: “Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP kimi layihələr artıq yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyan strateji infrastruktur kimi qiymətləndirilir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və onların 10-u Avropa İttifaqına üzv dövlətlərdir. Son bir il ərzində ixrac coğrafiyasının daha da genişlənməsi Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirib. Cənub Qaz Dəhlizi isə Avropanın enerji təhlükəsizliyinin əsas elementlərindən birinə çevrilib. Qlobal geosiyasi gərginliklərin və Yaxın Şərqdə baş verən hadisələrin fonunda enerji təhlükəsizliyi məsələsi daha da aktuallaşıb. Belə şəraitdə Azərbaycan həm istehsalçı, həm tranzit ölkə, həm də etibarlı tərəfdaş kimi beynəlxalq enerji bazarında mühüm rol oynamaqda davam edir. Prezidentin çıxışında əsas tezislərdən biri də neft və qaz gəlirlərinin düzgün idarə olunması ilə bağlı idi. Dövlət başçısı qeyd etdi ki, ölkələr sahib olduqları enerji ehtiyatlarına görə deyil, həmin resurslardan əldə olunan gəlirləri necə istifadə etdiklərinə görə qiymətləndirilməlidir. Azərbaycan enerji gəlirlərini sosial infrastrukturun qurulmasına, təhsil və səhiyyənin inkişafına, iqtisadiyyatın modernləşdirilməsinə və güclü ordunun formalaşdırılmasına yönəldib. Bu siyasətin nəticəsi olaraq yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə enib, işsizlik minimum həddə düşüb, xarici borc ÜDM-in cəmi 6 faizi səviyyəsinə qədər azalıb. Azərbaycanın strateji valyuta ehtiyatlarının xarici borcu 18 dəfədən çox üstələməsi ölkənin maliyyə dayanıqlığının və iqtisadi müstəqilliyinin mühüm göstəricisidir. Dövlət başçısı çıxışında enerji sektorunun ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində oynadığı rola da toxundu. Azərbaycanın iqtisadi imkanlarının artması nəticəsində müasir və güclü ordu qurulub, bu da 2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Zəfərin əsas amillərindən biri olub. 44 günlük Vətən müharibəsində Ermənistanın məğlub edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ölkənin iqtisadi potensialı, siyasi iradəsi və milli həmrəyliyinin məntiqi nəticəsi kimi qiymətləndirildi”.

Mehriban Vəliyeva qeyd edib ki, Prezidentin çıxışında diqqət çəkən mühüm məqamlardan biri də Azərbaycanın enerji siyasətində yaşıl keçid strategiyasına verdiyi önəm oldu: “Dövlət başçısı vurğuladı ki, mövcud qaz ehtiyatları ölkənin enerji tələbatını uzun illər ərzində tam təmin etməyə imkan versə də, Azərbaycan bərpaolunan enerji sahəsinə ciddi investisiyalar yatırır. Hazırda ölkədə günəş və külək enerjisi üzrə iri layihələr həyata keçirilir. 2027-ci ilin sonuna qədər 2 giqavat, 2032-ci ilədək isə 8 giqavat gücündə bərpaolunan enerji potensialının yaradılması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən hidroenerji layihələri də bu istiqamətdə mühüm rol oynayır. Bu siyasət Azərbaycanın həm enerji ixracatçısı, həm də yaşıl enerji istehsalçısı kimi mövqeyini möhkəmləndirir. Çıxışda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq enerji və nəqliyyat layihələrinin strateji əhəmiyyəti də vurğulandı. Qara dəniz Enerji Kabeli layihəsi, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan enerji xətti və Xəzərin şərq sahillərini Azərbaycanla birləşdirəcək yaşıl enerji kabeli Avrasiya məkanında yeni əməkdaşlıq imkanları yaradır. Prezident, həmçinin Şərq-Qərb nəqliyyat dəhlizinin uğurla fəaliyyət göstərdiyini və Zəngəzur dəhlizinin də regionun iqtisadi xəritəsini dəyişdirəcək mühüm layihələrdən biri olacağını bildirdi”.

“Dövlət başçısının Bakı Enerji Həftəsindəki çıxışı bir daha göstərdi ki, Azərbaycan enerji siyasətini yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, dövlət quruculuğu, milli təhlükəsizlik, beynəlxalq əməkdaşlıq və regional liderlik aləti kimi formalaşdırıb. Ötən otuz il ərzində həyata keçirilən strateji enerji siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu artırıb, ölkəni Avrasiyanın əsas enerji və nəqliyyat qovşaqlarından birinə çevirib. Bu gün Azərbaycan həm ənənəvi enerji resurslarının etibarlı təchizatçısı, həm də yaşıl enerji layihələrinin təşəbbüskarı kimi qlobal enerji gündəliyində mühüm yer tutur. Son olaraq onu deyə bilərəm ki, Bakı Enerji Həftəsində səsləndirilən mesajlar göstərir ki, Azərbaycan bundan sonra da enerji təhlükəsizliyi, regional əməkdaşlıq və davamlı inkişaf sahələrində öz lider mövqeyini gücləndirmək niyyətindədir. Bu isə ölkənin milli maraqlara əsaslanan müstəqil siyasətinin və uzunmüddətli strateji baxışının növbəti uğurlu mərhələsi kimi qiymətləndirilə bilər”, - deyə deputat əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH

AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Rizvan Nəbiyev: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir

Baş nazirin müavini: Trans-Xəzər fiber-optik xəttinin bu ay istifadəyə verilməsi gözlənilir

İdman tarixində bu gün: Həbib Nurməhəmmədov – Konor Makqreqor döyüşündən 8 il ötür

FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb

Politoloq: Azərbaycanın siyasi və iqtisadi gücü nəticəsində bu gün artıq yeni gündəm formalaşıb

Xalq rəssamı Arif Hüseynovun əsəri Ankara Rəsm və Heykəltaraşlıq Muzeyinin daimi ekspozisiyasına daxil edilib

Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib

IEA: Cənub-Şərqi Asiyada elektrik enerjisinə tələbat 2026-2030-cu illərdə orta hesabla 5,4 faiz artacaq

Bakı-Xankəndi velosiped yarışının gələn il üçün keçirilmə tarixləri müəyyənləşib

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb

Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb

Britaniyada 2 qızıl medal qazanan gimnast: Yarış dünya çempionatı öncəsi vacib sınaq oldu

AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi”

"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb

Fransada lisey şagirdlərinin etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib

Nazir müavini: Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var

“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır

Şahin Mustafayev Rusiya Hökumətinin nümayəndələri ilə görüşüb YENİLƏNİB

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb VİDEO

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb VİDEO

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının fəaliyyətə başlayacağı tarix açıqlanıb

Almaniya səfiri: Bağlantılar tezliklə ikitərəfli iqtisadi münasibətlərimizdə energetikadan sonra ikinci yeri tutacaq

Sahibə Qafarova: İslam dünyasının qarşılaşdığı çağırışlar daha güclü əməkdaşlıq tələb edir

Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO

Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb VİDEO

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb VİDEO

BMT QAK: 2025-ci ildə təxminən 5,8 milyon qaçqın uşaq təhsildən kənarda qalıb

Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxır

Azərbaycan fərqli tərəflər arasında dialoq imkanları yarada bilən dövlətdir RƏY

Səməd Bəşirli: Alman şirkətlərinə təklifimiz sadədir - Azərbaycana gəlin, lakin daha geniş region üçün istehsal edin

“e-müqavilə” altsistemində imzalanan müqavilələrin məbləği 3 milyard manatı ötüb

Pakistanda poliomielitə yoluxanların sayı artır

Makron və Merts Aİ-nin ticarət müdafiəsi mexanizmlərini gücləndirməyi təklif ediblər

Seçmə mərhələ: Azərbaycan U-21 millisi Cəbəllütariqlə qarşılaşacaq

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir VİDEO

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir VİDEO

® “AccessBank” QSC UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan edir

Nazir müavini: Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir VİDEO

Nazir müavini: Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir VİDEO

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Ən çox yağıntı Astaraya düşüb - faktiki hava

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və bəzi qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 iyun tarixli 180 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib

“Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 11 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səməd Vurğunun oğlu: Atamın şair və şəxsiyyət kimi böyüklüyünü mən uşaqlıqdan hiss etmişəm

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Qaxda sürücülük hüququ olmayan gəncin törətdiyi qəza nəticəsində 17 yaşlı sərnişin ölüb VİDEO

Qaxda sürücülük hüququ olmayan gəncin törətdiyi qəza nəticəsində 17 yaşlı sərnişin ölüb VİDEO