Avrora Qrup Yeni il ərəfəsində uşaqların arzularını reallaşdırıb
Bakı, 29 dekabr, AZƏRTAC
Avrora Qrup “ASAN Məktub” sosial proqramı ilə birlikdə Yeni il münasibətilə Ağstafa və Qazax şəhərində yaşayan qazi və aztəminatlı ailələrin uşaqlarına isti geyimlər, oyuncaqlar və məktəb ləvazimatları hədiyyə edib. Sosial aksiyanın məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək, cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır.
“ASAN Məktub” sosial proqramı çərçivəsində həyata keçirilən bu təşəbbüs nəticəsində www.asanmektub.az saytına məktub göndərən 60 uşağın arzuları çin olub.
Avrora Qrup 2022-ci ildə "Korporativ sosial məsuliyyət proqramı"nda xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqları daim diqqət mərkəzində saxlayıb və 2023-cü ildə də silsilə tədbirlərin davam etdirilməsi nəzərdə tutulub.
Video link: https://youtu.be/n7lxf1wdA9o