Avstraliya ABŞ-dən yeni modifikasiyalı “Tomahawk” raketləri almaq istəyir
Bakı, 17 mart, AZƏRTAC
Avstraliya ABŞ-dən 200 ədəd “Block V” və 20 ədəd “Block IV” modifikasiyalı “Tomahawk” qanadlı raketləri almaq istəyir. Sövdələşmənin ümumi dəyəri 985 milyon dollardır.
AZƏRTAC xəbər verir ki, bu ərəfədə ABŞ Dövlət Departamentinin haqqında söhbət gedən razılaşmanı təsdiq etdiyi məlum olub.
Kanberra uzaq məsafədə yerüstü hədəflərə zərbə endirə biləcək raketlərin “Hobart” esminesində quraşdırılacağını bildirib. Həmçinin “Block V” modifikasiyalı raketlər suda üzən obyektlərə hücum edə və uçuş zamanı hədəfini dəyişə bilir.
“Defense news” nəşrinin analizinə görə, 1,6 min kilometr uzaqlıqdakı hədəfləri vura biləcək “Tomahawk” raketləri Çinin müvafiq olaraq 4 min və 2,1 min kilometr uçuş məsafəsinə malik orta mənzilli DF-26 və DF-21 ballistik raketlərinin olduğu Asiya-Sakit Okean regionu üçün xüsusilə əhəmiyyətli silahdır.
Xatırladaq ki, bir müddət öncə Yaponiya da Birləşmiş Ştatlardan 400 ədəd “Tomahawk” qanadlı raketi almaq niyyətini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]