Avstraliyanın sabiq müdafiə nazirinin oğlu paraşütlə tullanarkən həlak olub
Bakı, 07 mart, AZƏRTAC
Avstraliyalı hərbçi Sidneydəki hərbi bazada paraşütlə tullanan zaman aldığı xəsarətlər nəticəsində ölüb.
AZƏRTAC xəbər verir ki, Avstraliya Müdafiə Nazirliyinin məlumatına görə, hadisə Sidneydən 50 kilometr şimal-qərbdə, Riçmond şəhəri yaxınlığındakı hərbi bazada baş verib. Hərbçi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Həlak olan hərbi qulluqçunun ölkənin sabiq müdafiə naziri Coel Fitsqibbonun oğlu Lens Cek Fitsqibbon olduğu bildirilir.
Nazirliyin Xüsusi Əməliyyatlar Komandanlığı hadisədən sonra hərbi bazada təlimlərin dayandırıldığını bildirib. İnsidentlə bağlı təhqiqat başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]