Avstraliyda anomal istilər minlərlə yarasanın kütləvi ölümünə səbəb olub
Bakı, 9 yanvar, AZƏRTAC
Yanvar ayında anomal istilər Avstraliyada minlərlə yarasanın kütləvi ölümünə səbəb olub.
AZƏRTAC “mir24.tv”nin saytına istinadla xəbər verir ki, qitədə bəzi günlər havanın temperaturu 44 dərəcəyə çatır. Qızmar istilər isə yarasaların beynini “bişirir”.
Bu növ yarasaların xüsusiyyəti ondan ibarətdir ki, onlar mağaralarda deyil, ağacların budaqlarında yaşayır. Buna görə onlar günəşdən qaça bilmir və tələf olur.
Yerli ekoloqlar “Qırmızı kitab”a düşən minlərlə uçan yarasanın cəsədini tapıblar. Təəssüf ki, indi bu canlıları xilas etmək heç cür mümkün deyil. Ümid yalnız havaların soyumasına qalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]