AVSTRİYA RESPUBLİKASININ FEDERAL PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HAYNTS FİŞERƏ
Hörmətli cənab Federal Prezident,
Avstriya Respublikasının Federal Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan-Avstriya əlaqələri müvəffəqiyyətlə inkişaf etməkdədir. Əminəm ki, dövlətlərarası münasibətlərimizin, ölkələrimiz və xalqlarımız arasındakı dostluğun möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Avstriya xalqının rifahı naminə fəaliyyətinizdə daim uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 26 aprel 2010-cu il.