Avstriyanın şərq regionlarında sərt karantin rejiminin müddəti aprelin 18-dək uzadılıb
Vyana, 7 aprel, AZƏRTAC
Avstriyanın şərq əyalətlərində (Vyana, Aşağı Avstriya və Burqenland) koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq olunan sərt karantin rejiminin müddəti aprelin 18-dək uzadılıb.
AZƏRTAC xəbər verir ki, hökumətin mətbuat konfransında bu qərarın federal əyalətlərin qubernatorları, müxalifət partiyaları və ekspertlərlə məsləhətləşmələrdən sonra qəbul olunduğu bildirilib. Qeyd edilib ki, xüsusi yaradılmış “açılım komissiyası“ may ayından etibarən tətbiq ediləcək sadələşdirmələri hazırlayacaqdır.
Sərt karantin rejiminin müddətinin uzadılması üçün əsas səbəb kimi xəstəxanaların reanimasiya şöbələrində koronavirus xəstələrinin sayının yüksək olması göstərilib. Hazırda Avstriyanın Avropa ölkələri arasında vaksinasiyanın səviyyəsinə görə ilk onluqda yer aldığını bildirən hökumət başçısı Sebastian Kurts peyvəndləmə prosesini sürətləndirmək üçün digər istehsalçılarla danışıqlar aparıldığını söyləyib. Diqqətə çatdırılıb ki, ölkədə peyvənd yaşlı 7,5 milyon sakinin 5 milyon nəfəri vaksinasiya prosesində iştirak etmək istəyir və onların artıq 20 faizinə peyvəndin ilk və ya ikinci komponenti vurulub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]