Ayan Allahverdiyeva Azərbaycan çempionu olub
Bakı, 19 fevral, AZƏRTAC
Qadın şahmatçılar arasında Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 7 turdan 5,5 xal toplayan Ayan Allahverdiyeva karyerasında ilk dəfə Azərbaycan çempionatının qalibi olub.
Ölkə çempionundan yarım xal geri qalan Nərmin Abdinova ikinci yeri tutub. Eyni xala malik Səbinə İbrahimova əlavə göstəricilərə görə üçüncü pillədə qərarlaşıb.
Hərəyə 4,5 xal toplayan Ləman Hacıyeva ilə Səbinə Rzalı Azərbaycan çempionatını müvafiq olaraq 4-5-ci pillələrdə başa vurub.
Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu 15 min manat təşkil edib. Mükafat fondu ilk beşlikdə yer alan şahmatçılar arasında bölünür. Qalib şahmatçı 6 min manat əldə edir.
Çempionatda ilk iki yeri tutan şahmatçılar Ayan Allahverdiyeva ilə Nərmin Abdinova şəxsi Avropa çempionatına ezam olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]