Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aytən həkim xəstələrin hər biri ilə fərdi qaydada işləməyi bacarır

“Nə qədər ki, insanların sağlamlığı keşiyindəyəm, müəllimimin dedikləri həmişə mənimlə olacaq”

Bakı, 2 fevral, AZƏRTAC

Aytənin həkim olmaq arzusunun qarşısında heç kim “yaşıl işıq” yandırmayıb. Hətta ixtisasca mühəndis olan valideynləri də...

Amma ürəkdən gələn, dağ seli kimi kükrəyib daşan arzunun qarşısını kim ala bilər ki?

Mürsəlova Aytən Ayaz qızı 2009-cu ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə 623 bal toplayaraq qəbul olunub.

Onun həkimliyə gedən yolu bax beləcə başlanıb. Altı il sərasər auditoriya və kitabxanalara ayaq döymək, evə gələndən sonra gecənin bir aləminə qədər yuxusuz qalıb oxumaq, klinikalarda elmlə təcrübə arasında uyğunluq axtarmaq, həkim, alim və professorlardan mümkün qədər çox öyrənmək, sonra da dörd il rezidentura təhsili... Rezidenturada Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, Tibb Universitetinin nevrologiya kafedrasının dosenti Dilarə Xəlilova ilə tanışlıqdan, onun təcrübə mübadiləsindən sonra sanki hər şey təzədən başladı.

“Dilarə xanımın dərsləri, rezidentlərdə nevrologiyaya qarşı yaratdığı maraq və məhəbbət mənim təbabətə olan həvəsimi birə-beş artırdı. Rezidentura müddətində xəstələrə onunla birlikdə baxır, kliniki vəziyyətini izləyir və müalicə edirdik. O, xəstələrə qarşı çox diqqətli idi və elə bir nəslə mənsub idi ki, keçmişlə müasirliyin vəhdətini yarada bilirdi. Hətta maqnit-rezonans və kompüter tomoqrafiyası olmadan, xəstəni lazımsız müayinələrə göndərmədən də ona dəqiq diaqnoz qoya və müalicə edə bilirdi. Özünün bu keyfiyyətlərini yetirmələrinə də aşılamağa çalışırdı”, - deyə Aytən xanım AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib.

O, dörd il refleksləri yoxlamaq üçün nevroloji çəkiclə xəstələri müayinə etməkdən tutmuş onun mövcud vəziyyətinin təhlilinə, diaqnoz qoymaqdan başlamış müalicələrin aparılmasına qədər ən kiçik detallara, ən xırda nüanslara göz qoydu. Bəlkə də incəliklərinə vardı desək, daha düzgün olar, çünki burda başqa cür də ola bilməz, söhbət insan həyatından gedir.

Gənc nevroloq əmək fəaliyyətinə başladığı illərə qayıdır: “Təyinatımı Bakı Şəhər Herontoloji Mərkəzə verəndə o qədər də xoş qarşılamadım, çünki stasionar şəraitdə işləməyə köklənmişdim. Mənə deyirdilər ki, ambulator şəraitdə xəstələrlə işləmək maraqsız olacaq. Lakin mərkəzə ayaq basdığım ilk gündən buradakı atmosfer, baş həkimdən tutmuş ən adi işçiyədək son dərəcə qayğıkeş münasibət mənim bütün fikirlərimi alt-üst etdi. İlk növbədə mərkəzdəki ab-hava mənim ürəyimcə oldu, burada hamının bir ailə kimi mehriban olduğunu gördüm. Açığını deyim ki, gənc olsam da, yaşlı xəstələrlə işləmək mənə daha rahatdır, onlarla daha tez dil tapıram. Yaşlı xəstələrdə həkimə daha isti və xoş münasibət olmaqla yanaşı, onlar da həkimin zəhmətini daha çox dəyərləndirir, onun məsləhətlərinə daha dəqiq əməl etməyə çalışırlar”.

Nevroloji xəstələrlə işləmək heç də asan deyil. Onların çox böyük əksəriyyətinin əsəb sistemində pozuntular olur, hətta demək olar ki, böyük qismi əslində psixoloji pozuntusu olan xəstələrdir. “Psixoloqa üz tutmalı xəstə sənə pənah gətiribsə, onu geri çevirməyəcəksən ki? Sənə ümid yeri kimi baxan xəstəni heç vaxt sındırmaq olmaz. Ona görə də həmin xəstələrin də problem və narahatlıqlarını çox diqqətlə öyrənməyə çalışır, mümkün qədər onların ağrılarını yüngülləşdirməyə çalışıram”, - deyə Aytən həkim söyləyir.

Görünür ki, elə üç ildən artıq müddətdə çalışan gənc həkimi xəstələrə sevdirən, ona ümid yeri kimi baxılmasına da bu keyfiyyətlər səbəb olub. Nevroloq Aytən Mürsəlova haqqında deyilənlər də bunu təsdiq edir.

Herontoloji Mərkəzin baş həkimi Məsmə Məcidova: “Aytən çox savadlı, daim öz üzərində çalışan, işinə son dərəcə məsuliyyətlə yanaşan həkimdir. Mərkəzdə işlədiyi üç il ərzində xəstələrin hörmət və etimadını qazanıb. Onların hər biri ilə fərdi qaydada işləməyi bacarır. Yaxşı ki, öz işinə qəlbən bağlı olan belə gənc həkimlər var”.

Mərkəzin həkim-nevroloqu Ayna Əsgərova: “Mən Aytənlə həm universitetdə, həm də rezidenturada bir yerdə oxumuşam. Tale elə gətirib ki, bir yerdə də işləyirik. O, nevroloq üçün lazım olan ən üstün keyfiyyətlərə sahibdir. Onun bir üstünlüyü də sevimli müəllimimiz Dilarə Xəlilovanın tələbələrinə aşıladıqlarını, öyrətdiklərini incəliklərinə qədər mənimsəməsi və tətbiq etmək bacarığıdır”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Afət Allahverdiyeva: “Üç il əvvəl insult keçirmişəm. Xəstəxanadan çıxandan sonra müalicəmi Herontoloji Mərkəzin həkim-nevroloqu Aytən Мürsəlova aparır. Gənc olmasına baxmayaraq, mən onun peşəkarlığına və insani keyfiyyətlərinə heyranam. O, daim mənimlə maraqlanır, mütəmadi olaraq vəziyyətimi izləyir, lazımi müalicə və proseduralar təyin edir. Hətta yay tətilində Qubada istirahət etdiyim zaman sağlamlıq durumumda narahatlıq hiss edən kimi ona zəng etdim. Həkim məni çox diqqətlə dinlədi, bir sıra suallar verdi, müalicə təyin etdi, tövsiyələrini verdi. O, hər gün mənimlə danışıb vəziyyətimlə maraqlanırdı, müalicədə lazımi dəyişikliklər edib, tövsiyələrini verirdi və qısa müddət ərzində sağlamlığımda yaranmış problemlər arxada qaldı. Kaş belə savadlı və humanist keyfiyyətlərə malik həkimlərimizin sayı çox olaydı...”.

Eyni xoş sözləri teatr işçisi Reyhan Axundova, pensiyaçı Gülzaman Hüseynli və digər xəstələrdən də eşitmək olar. Harada ki, peşəyə məhəbbət, insanlara sevgi, həyat eşqi var, orda razılıq da olacaq, uğur da...

“Mənə bu sənəti sevdirdiyinə görə sevimli və unudulmaz müəllimim Dilarə Xəlilovaya özümü çox borclu bilirəm. Biz onunla tez-tez görüşür, ən müxtəlif həyat və sağlamlıq məsələləri ilə əlaqədar söhbət edir, müzakirələr aparırdıq. Təəssüf ki, bir neçə gün əvvəl o, həyata əlvida dedi. Ötən ilin son günləri iş yerimə gəlib ad günümü təbrik etmişdi... Bu, onunla son görüşümüz oldu. Dilarə xanım həmişə mənim qəlbimdə yaşayacaq, onun məsləhət və tövsiyələri ən kritik məqamlarda köməyimə çatacaq. Nə qədər ki, ağ xalatdayam, nə qədər ki, insanların sağlamlığı keşiyindəyəm, onun dedikləri həmişə mənimlə olacaq”, - Aytən xanım deyir.

Çətin və nəcib bir sənətdə çox uğurlu addımlar atan həkim-nevroloq Aytən Mürsəlovanın peşəkar bir həkim olacağı heç kəsdə şübhə doğurmur. Onun uğurları bu sənəti öyrəndiyi müəllimlərini, iş yoldaşlarını, doğmalarını da sevindirir. Elə bir vaxtlar həkim olmaq arzusuna qarşı çıxan atası Ayaz müəllimi və anası Nailə xanımı da...

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan millisi U-15 dünya çempionatı öncəsi son təlim-məşq toplanışını Bakıda keçirəcək

Azərbaycan və Özbəkistan vergi orqanları transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə layihənin icrası imkanlarını müzakirə edib

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Çexiya hökuməti xarici işçilərin ölkəyə cəlb edilməsi imkanlarını genişləndirir

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov

Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

Karlovı Varının memarlıq incisi: XX əsrin əvvəllərinə aid Beher villası

Qazaxıstanlı analitik: Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi Birliyin inkişafını daha balanslı edəcək

Almaniyanın Nürnberq aeroportunda dron təhlükəsi yaranıb, sərnişin təyyarəsini qırıcılar müşayiət edib

ABŞ ilə Rusiyanın razılaşması Avropanı çətin vəziyyətə salıb

Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib

ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

Azərbaycan və Özbəkistanda dövlət satınalmaları sahəsində tətbiq olunan mexanizmlər barədə fikir mübadiləsi aparılıb

Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq

Qazaxıstan və Belçika kritik minerallar sahəsində əməkdaşlıq və Trans-Xəzər marşrutunun inkişafı məsələlərini müzakirə edib

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 67 faizdən çox artıb

"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil

Türkiyə və Pakistan ordularının rəhbərləri regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və Çexiya Orta Dəhlizin təşviqi məsələlərini nəzərdən keçirib

Məktəblərdə vahid geyim qaydaları: qanunun aliliyi və dünyəvi dövlət prinsipləri qorunmalıdır

Britaniyanın məşhur geyim brendlərinin informasiya resursları kiberhücuma məruz qalıb

® “iTicket” artıq “ABB mobile”da!

Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı 4,7 faiz artıb

Peyklər dünyanın 465 şəhərində torpaq-qruntun çökməsinin xəritəsini tərtib etməyə kömək edib

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri artıb

Naxçıvanda əsas kapitala 238 milyon manatdan çox investisiya yönəldilib

AAYDA sədri Laçın və Kəlbəcər sakinləri ilə görüşəcək

“Reuters”: İlon Mask ABŞ seçkilərində Respublikaçılar partiyasını dəstəkləmək üçün təxminən 366 milyon dollar ayırıb

Muxtar respublikada 411 milyon manatlıq sənaye məhsulu istehsal edilib

NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib

İşçi qrupun rəhbəri: Azərbaycan-Kamboca münasibətləri yeni əməkdaşlıq istiqamətləri üzrə genişlənir

Azərbaycan “PATA Hosted Buyers Summit Baku 2026” tədbirinə ev sahibliyi edəcək

Banklarda kredit risklərinin idarə edilməsinə dair prudensial tələblər təkmilləşdirilib

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

AZƏRTAC Xaqani Şirvaniyə həsr olunan yazılar silsiləsini davam etdirir

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin perspektivləri: reallıqlar və yeni inkişaf imkanları

Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir

Xəzərin Qazaxıstan sahillərində dayazlaşma səbəbindən yeni quru sahələri yaranıb

Şimal-qərb bölgəsinin iki məzunu Prezident təqaüdünə layiq görülüb

Türk jurnalist: Azərbaycanın təhsil siyasəti və dövlətçilik prinsipləri ölkənin suveren qərarlarına əsaslanır

Təhsil məsələlərinin manipulyasiya edilməsi cəhdlərinə qarşı cəmiyyət ayıq-sayıq olmalıdır - ekspert

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan-Qırğızıstan əməkdaşlığı Türk dünyasında tərəfdaşlıq mühitinin möhkəmlənməsinə töhfədir ŞƏRH

Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib

Naxçıvanda ÜDM istehsalı 3,5 faiz artıb

Sabahdan Novxanı-Pirşağı kanalizasiya kollektorunun tikintisinə başlanılır

Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir – ŞƏRH

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Məktəbli forması, vicdan azadlığı və dünyəvilik: sərhədlər necə müəyyənləşir?

Türk siyasi ekspert: Orta Dəhliz Avrasiyanın yeni geosiyasi reallıqlarında mühüm rol oynayır

“Slaviya”da oynamış azərbaycanlı futbolçu: "Sabah" rəqibin boşluqlarından istifadə edə bilər

Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub

Akademik Faiq Bağırzadənin biblioqrafik göstəricisi nəşr olunub

Beyləqan pambıqçıları qısa vaxtda 3600 tondan çox məhsul toplayıblar

YAP Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə çağırıb

Azərbaycanda ilk dəfə: ADU-da suahili dilinin tədrisinə başlanılıb

Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib

Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində xidmətlərin həcmi 10 faiz artıb

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib VİDEO

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib VİDEO

Vəhşi təbiət bütün gözəlliyi ilə FOTOLAR

Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb

Ukrayna ordusu Kursk vilayətində “İskander-M” kompleksinin təmir bazasını vurub

Bolqarıstan sahillərində iki gəmiyə hücum edilib, 8 Azərbaycan vətəndaşı xəsarət alıb

Tələbələr üçün faydalı mənbə: “Heyvan biotexnologiyası” dərs vəsaiti çapdan çıxıb

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Dövlət qulluğu üzrə imtahan verəcək namizədlərin nəzərinə: buraxılış vərəqələri aktiv edildi

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNİB VİDEO

Laos Prezidenti Zəfər parkını ziyarət edib

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb

Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib VİDEO

Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır

Leyla Məmmədova: Təhsil millətin gələcəyidir, bu yol isə məktəbdən başlayır

“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır

Səbail rayonunda su təchizatı bərpa olunub

UEFA-dan Əliyar Ağayeva növbəti təyinat

92 nömrəli marşrutun bütün avtobusları yenilənir

Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur

Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb

Borclunun qiymətli kağızlarına tələbin yönəldilməsi mexanizmi müəyyənləşdirilir

Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır

Beynəlxalq platformalarda sədrlik Azərbaycanın xarici siyasətində yeni imkanlar yaradır ŞƏRH

“Sabah”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçi ilə müqavilənin müddətini uzadıb

Respublika Olimpiya İdman Liseyinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub VİDEO

Respublika Olimpiya İdman Liseyinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub VİDEO

Hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

“Texniki tənzimləmə haqqında” Qanuna yeni maddə əlavə edilir

İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”

Hava gəmisi heyətinin uçuş vaxtı, iş vaxtı və istirahət vaxtı tənzimlənəcək

Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib

“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib

Kiprin iki icmasının liderləri BMT Baş katibinin təşəbbüslərini müzakirə edəcəklər

“Bug bounty” proqramına start verilir

Balıqçılıq sahəsində nəzarət və aqrar müəssisələr üçün ƏMTQ meyarları dəyişdirilir

Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər

Avtomobil və motosiklet toqquşub, 2 gənc ölüb

Avtomobil və motosiklet toqquşub, 2 gənc ölüb

Bolqarıstanda Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü qeyd olunub

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub VİDEO

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub VİDEO

Parlament Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib