Azad edilmiş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə aparılır VİDEO
Bakı, 1 avqust, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin şəxsi heyətinin intensiv döyüş hazırlığı səviyyəsi artırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin bölgələrdə, eləcə də yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun olaraq sutka ərzində fasiləsiz xidmət aparılır və döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir.
Ermənistan silahlı qüvvələrinin ehtimal olunan təxribatlarının qarşısının alınması ilə əlaqədar xidməti-döyüş fəaliyyəti təkmilləşdirilir.