AZAD İSTEHLAKÇILAR İTTİFAQI MONİTORİNQ KEÇİRİR
Aİİ-nin sədri Eyyub Hüseynov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, elmin müxtəlif sahələrini təmsil edən mütəxəssislərdən ibarət komissiyanın üzvləri səyyar operatorların fəaliyyətini yoxlamaq və antenalardan yayılan elektromaqnit şüalarını tədqiq etmək və sairə yoxlamalar aparmaq üçün regionlara göndəriləcəklər. Tezliklər bunun üçün lazımi avadanlıq da alınacaqdır.
Aİİ Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, Bakcell, Azercell və KATEL şirkətlərinə ərazilərin əhatə olunması və 2005-ci ildə quraşdırılmış antenaların sayı haqqında zəruri məlumatların verilməsi üçün müraciət etmişdir.
E.Hüseynovun sözlərinə görə, monitorinqin ilk nəticələri haqqında ictimaiyyətə aprelin sonunda - mayın əvvəllərində məlumat veriləcəkdir.