Şuşa, 26 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Erməni işğalından azad olunan Şuşa şəhərinə mövsümün ilk qarı yağır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gecə saatlarında yağan yağış Şuşa şəhərində tədricən qara çevrilib. Havanın hərarəti əvvəlki günlərlə müqayisədə xeyli aşağı düşüb.