Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azər Zeynalov: İstedadın peşəkarlıqla, zövqlə, hətta idrakla cilalanması ifaçılığın ən vacib proseslərindəndir - MÜSAHİBƏ

Azər Zeynalov: İstedadın peşəkarlıqla, zövqlə, hətta idrakla cilalanması ifaçılığın ən vacib proseslərindəndir -  MÜSAHİBƏ

 Xalq artisti oktyabrın 20-də Heydər Əliyev Sarayında “Bir son bahar” adlı solo konsert proqramı ilə çıxış edəcək

Bakı, 14 oktyabr, Abdulla Suvar, AZƏRTAC

Hər bir solo konsert əsl ifaçı üçün həm də bir imtahandır. Haqqında sizlərə söhbət açmaq istədiyim, milyonların sevimlisi olan, görkəmli ifaçı Azər Zeynalov belə imtahanlardan həmişə üzüağ çıxıb. O, hər ifası, hər solo konserti ilə bənzərsiz bir ifaçı olduğunu çoxdan təsdiqləyib. Onun qəlblərə hakim kəsilən ecazkar səsi və səmimi ifa tərzi dinləyicini məftunluq dərəcəsinə çatdırır. Azər Zeynalov sadəcə oxumur, həm də oxuduqlarını yaşayır və yaşadır. Çox zəngin repertuar sahibi olan A.Zeynalov xalq və bəstəkar mahnılarının əsl xiridarıdır. O, "Yar yaman aldatdı məni" məzəli xalq mahnısında yumoristik oxu tərzi, görkəmli bəstəkar Tofiq Quliyevin "Bəxtəvər oldum", "Sənə də qalmaz", "Azərbaycan", Emin Sabitoğlunun "Şükriyyə", "Gəncədən gəlirəm", Rauf Hacıyevin "Leyla", Vasif Adıgözəlovun "Qəm karvanı”, "Çanaqqala", "Qarabağ şikəstəsi", Sevil Əliyevanın "Əziz anam", Səyavuş Kəriminin "Sənsizləmişəm" və s. bu kimi qəlblərə nüfuz edib xoş, bəzən də kədərli ovqat yaradan mahnılarını özünün təfsirində son dərəcə ustalıqla çatdırır. Hazırda Xalq artisti yenə də ənənəsinə sadiq qalaraq böyük şövqlə növbəti solo konsertə hazırlaşır. Hazırlaşır ona görə ki, çoxlarının kumirinə çevrilmiş sevdirən və sevilən sənətkar olmağın məsuliyyətini bilir. Min bir zəhmətdən yoğurulan bu sənət məbədini həmişə pak və uca saxlamaq üçün o, hər bir ifasına ciddi yanaşır. Onunla söhbətimiz də elə yeni solo konserti ilə bağlı oldu. Oktyabrın 20-də Heydər Əliyev Sarayında “Bir son bahar” adlı solo konsert proqramı ilə çıxış edəcək Xalq artisti, professor Azər Zeynalov AZƏRTAC-ın suallarını cavablandırıb.

- Azər müəllim, niyə məhz “Bir son bahar”...

- Qeyd edim ki, mən konsertlərimi yalnız repertuarımda olan mahnıların adı ilə adlandırıram. Sözləri Xalq şairimiz Nigar Rəfibəyliyə, musiqisi tanınmış bəstəkarımız Faiq Sücəddinova məxsus olan “Bir son bahar” mahnısı dinləyicilər tərəfindən böyük məhəbbət və sevgi qazandığından, eyni zamanda da konsertimiz payız fəslinə təsadüf etdiyindən musiqili gecəmizi belə adlandırmağı məqsədəuyğun bildim.

-Gecədə hansı yeni mahnılarınızı təqdim edəcəksiniz?

-Hər konsertimdə yeni ifalar təqdim etməyi vacib sayıram. Proqram baxımından heç bir konsert özündən əvvəlkinin təkrarı olmamalıdır. Düzdür, elə əsərlər var ki, o əsərlər ifaçının vizit kartıdır və tamaşaçılar həmin ifaları daim eşitməyin arzusundadılar. Amma yeni mahnıların konsertdə səslənməsi vacib haldır və bu konsertimdə dinləyicilərə yeni ifalarımı da təqdim edəcəyəm.

-Axırıncı dəfə pərəstişkarlarınız qarşısında solo konsert proqramı ilə nə vaxt çıxış etmisiniz?

-Müxtəlif zamanlarda 5 solo konsertim olub. Amma ötən ildən silsilə konsertlər verməyi qərara almışam. Keçən ilin dekabr ayında, mənim doğum günümdə “Əsrin bir fəsli” adlı solo konsertim oldu. Bu konsert Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda keçirildi və konsertlər silsiləmin ilk nümunəsi oldu.

-Səhnəni tələbələrinizlə bölüşmək fikriniz varmı?

-Əslində, mənim gələcəkdə belə bir planım var. İfaçılıq sənətimizi təmsil edəcək gənclərin peşəkarlıq baxımından inkişafı müəllimlərdən çox asılıdır. Tək istedad hələ hər şey demək deyil. İstedadın peşəkarlıqla, zövqlə, hətta idrakla cilalanması ifaçılığın ən vacib proseslərindəndir. Bu amillərə gənc ifaçılar mütləq şəkildə yiyələnməlidirlər. Əlbəttə ki, biz də bir müəllim olaraq inkişaf etdirdiyimiz tələbələri dinləyicilərə tanıtmalıyıq.

-Qarşıda hansı planlarınız var?

-Bir opera ifaçısı olaraq yeni opera əsərlərində oynayacağam. Yeni mahnılar üzərində çalışıram. Bir də silsilə konsert proqramlarını hər il davam etdirməyi planlaşdırmışam. Bunlar mənim peşəmlə bağlı olan arzularımdır.

Biz də bu arzulara qoşulub sevimli sənətkarımıza yeni uğurlar arzuladıq.

Qeyd edək ki, Azər Zeynalov xalq, bəstəkar mahnılarını, romansları böyük sənətçilərə xas tərzdə oxuya bildiyi kimi, opera ariyalarını da böyük professionallıqla təqdim etməyi bacarır. “Liriko-dramatik tenor” səs tembrinə malik olan Azər Zeynalov 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. O, Avropanın və Azərbaycanın klassik operalarında baş rolların ifaçısıdır. A.Zeynalov öz ifası ilə xeyli sayda xarici dövlətlərin böyük konsert salonlarında dəfələrlə çıxış edib. O, opera səhnəsində ifa etdiyi bir çox rollara görə müxtəlif mükafatlara da layiq görülüb. Azər Zeynalov 2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Vokal kafedrasının müdiri, 2015-ci ildən isə Musiqili teatr aktyoru kafedrasının müdiri kimi pedaqoji fəaliyyətdə olub. 2016-2017-ci tədris ilindən etibarən pedaqoji fəaliyyətini yalnız Azərbaycan Milli Konservatoriyasında davam etdirərək burada Milli vokal kafedrasına rəhbərlik edir. Onun 2012-ci ildə çap olunan "Vokal ifaçılığı" kitabı ali musiqi məktəblərində klassik opera-vokal ixtisası üzrə təhsil alan tələbələr üçün ana dilimizdə ilk dərslikdir.

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İranda 4,9 bal gücündə zəlzələ baş verib

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

Polis şadlıq saraylarından birinin qarşısında baş verən insidentlə bağlı açıqlama verib

Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH

Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir