Azərbaycan- Avropa İttifaqı əməkdaşlığının prioritetləri müzakirə edilib
Bakı, 17 noyabr, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundiç ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından olan Aİ ilə iqtisadi-ticarət münasibətlərin genişləndiyi vurğulanıb. Qeyd edilib ki, Avropa İttifaqı ilə ölkəmiz arasında enerji, investisiyalar və digər istiqamətlər üzrə tərəfdaşlıq regional inkişafa töhfə verir.
Tərəflər Azərbaycan-Aİ əməkdaşlığının prioritetlərini müzakirə ediblər. Ölkəmizin strateji inkişaf hədəfləri və Aİ-nin Azərbaycan üçün 2024-cü il üzrə Maliyyələşdirmə Sazişi barədə fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı birgə fəaliyyət çərçivəsində ticarət, enerji, nəqliyyat, infrastruktur və rəqəmsallaşma üzrə təşəbbüslər, əməkdaşlığın şaxələndirilməsi imkanları qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:46]
SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib
- 29.09.2026 [12:44]
“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb
- 29.09.2026 [12:42]
“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb
- 29.09.2026 [11:52]
Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir
- 29.09.2026 [11:01]
Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]