Azərbaycan alimi Bolqarıstanda keçirilmiş Beynəlxalq konfransda məruzə ilə çıxış etmişdir
Bakı, 18 may (AZƏRTAC). Bolqarıstanın Svişov şəhərindəki D.A.Tsenov adına Biznes Akademiyasında “Kommersiya fəaliyyətinin müasir aspektləri: elm və praktika arasında əlaqə” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.
Azərbaycan Turizm İnstitutundan (ATİ) AZƏRTAC-a bildirmişlər ki, konfransda ölkəmizi ATİ-nin turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalov təmsil etmişdir.
Konfransın “Müasir iqtisadiyyatda turizm: reallıqlar və perspektivlər” bölməsində B.Bilalovun “Azərbaycan iqtisadiyyatında turizmin yeri: reallıq və perspektivlər” və “Böyük Qafqazın Zaqatala-Lahıc rayonunun turizm-rekreasiya potensialının qiymətləndirilməsi” mövzularında məruzələri dinlənilmişdir.
Dörd bölmə üzrə keçirilən konfransda 10 ölkədən 169 məruzə dinlənilmiş, müzakirələr aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2026 [14:58]
Azərbaycanın turizm imkanları Qazaxıstan və Özbəkistanda təqdim olunub
- 24.08.2026 [16:25]
“Yanardağ” qoruğunu ən çox hansı ölkələrin vətəndaşları ziyarət edib?
- 21.08.2026 [19:09]
İstirahət forması niyə dəyişir: insanlar asudə vaxtlarını necə keçirirlər?
- 20.08.2026 [18:30]