AZƏRBAYCAN ALİMİNİN MƏRUZƏSİ MARAQLA QARŞILANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Kiyev Milli Universitetində “Təhlükəli geoloji proseslərin və mühitin ekoloji vəziyyətinin monitorinqi” mövzusunda VI Beynəlxalq elmi konfrans keçirilmişdir.
Almaniya, Rusiya, Polşa, Estoniya və digər ölkələrin alim və mütəxəssislərinin qatıldığı tədbirdə ölkəmizi AMEA Geologiya İnstitutunun şöbə müdiri üzvü Hətəm Quliyev təmsil etmişdir. Alimin “Geodinamikada böhran deformasiyalar və onların qeyri-klassik xətləşdirilməsi nəzəriyyəsi” mövzusunda məruzəsu maraqla qarşılanmışdır.