Azərbaycan alternativ enerji istehsalına görə inkişaf etmiş ölkələrin səviyyəsində olacaqdır
Bakı, 11 iyul (AZƏRTAC). Yaxın 8-10 ildə Azərbaycan alternativ enerji istehsalına görə inkişaf etmiş ölkələrin səviyyəsində olacaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə açıqlamasında demişdir.
Məlumat verilmişdir ki, nazirlik tərəfindən bir neçə il bundan əvvəl külək enerjisindən istifadə xəritəsi hazırlanmışdır. Eyni zamanda, günəş radiasiyası xəritəsi də tərtib olunmuşdur. Xəritələr Sənaye və Energetika Nazirliyinin nəzdində fəaliyyət göstərən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə təqdim edilmişdir. Hazırda agentlik alternativ enerji strategiyasını məhz bu xəritələr üzərində qurur.
Nazir bildirmişdir ki, ölkədə günəş panelləri zavodu inşa edilir, külək enerjisi ilə bağlı bir neçə stansiyanın tikintisi və ya layihələndirilməsi işi aparılır. Azərbaycan alternativ enerji ilə özünü başqa ölkələrdən daha səmərəli təmin edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]