Azərbaycan atıcısı Ruslan Lunyov Qranada Qran-Pri turnirində qızıl medal qazanıb
Bakı, 23 may, AZƏRTAC
İspaniyanın Qranada şəhərində Beynəlxalq Atıcılıq İdman Federasiyasının Qran-Pri yarışının ilk qaliblərindən biri atletimiz Ruslan Lunyov olub.
Azərbaycan Atıcılıq Federasiyadan AZƏRTAC-a bildiriblər ki, təmsilçimiz 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada qalib gələrək qızıl medal qazanıb.
Azərbaycanlı atlet 26 ən güclü atıcı arasında fərqlənməyə nail olub.
Qranada Qran-Prisi mayın 29-dək davam edəcək.
Tüfəng, tapança və stend atıcılığı üzrə yarışlarda 37 ölkədən 250-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]