Azərbaycan Atletika Federasiyası “İdman həftəsi” çərçivəsində azarkeşlər üçün videoçarx hazırlayıb VİDEO
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycan Atletika Federasiyası 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə azarkeşlərə videomüraciət ünvanlayıb.
Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, videomüraciətdə atletika üzrə tanınmış idmançılar Nazim Babayev, Yekaterina Sarıyeva, Lamiyə Vəliyeva, Əlhəm Nağıyev, İlahə Quliyeva, Elcan Cəfərov 5 mart - Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı fikirlərini bölüşüblər. Gənclərdə idmana, sağlam həyat tərzinə, güc və sürətə maraq yaradan videoçarxda “İdman sizin üçün nə deməkdir?”, “İdman günü haqqında fikirləriniz?” suallarına verilən cavablar maraq doğurur.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:23]
Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub
- 11.06.2026 [21:36]
Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib
- 11.06.2026 [21:30]
Futbol üzrə dünya çempionatının açılış mərasimi başlayıb
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]