Azərbaycan Atletika Federasiyasının rəsmiləri beynəlxalq forumda iştirak edirlər
Bakı, 26 oktyabr, AZƏRTAC
Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində Avropa Atletikasının Konvensiyası keçirilir.
Azərbaycan Atletika Federasiyasından (AAF) AZƏRTAC-a verilən məlumata görə, tədbirdə AAF-ın prezidenti Cavid Qurbanov, baş katib Məhərrəm Sultanzadə və digər şəxslər iştirak edirlər. İlk gündə işçi qrupların görüşləri keçirilib və müxtəlif aktual mövzularda müzakirələr aparılıb. Bu gün isə üzv federasiyaların rəhbərlərinin forumu baş tutub. Burada il ərzində görülən işlər barədə hesabatlar dinlənilib, həmçinin Avropa Atletikasının gələcək hədəfləri haqda fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, tədbirə ilin ən yaxşı Avropa atletlərinin təltif olunacağı “Golden Tracks” mükafatlandırma mərasimi ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]