Azərbaycan Avropa Badmintonu idarəçiliyində təmsil olunacaq
Bakı, 23 aprel, AZƏRTAC
Danimarkanın Horsens şəhərində Avropa Badmintonunun hesabat-seçki konfransı keçirilib.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səsvermənin nəticələrinə əsasən, Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov Avropa Badmintonu Direktorlar Şurasının üzvü seçilib.
O, 2026-2030-cu illər üçün Avropa Badmintonu idarəçiliyində təmsil olunmaq hüququ qazanıb.