Azərbaycan aykidoçuları dünya yığmasının heyətinə daxil olublar
Bakı, 17 iyul, AZƏRTAC
Azərbaycan aykidoçuları ABŞ-ın Birmingem şəhərində keçirilən Dünya Oyunlarında uğurla çıxış ediblər.
AZƏRTAC “Azərbaycan Aykikay Aykido Klubları” İctimai Birliyinə (AAAKİB) istinadla xəbər verir ki, 100 ölkədən 3 min 600-dən çox atletin qatıldığı yarışda ölkəmizi Fəxri Qafarlı və Çingiz Məmmədov (hər ikisi 3-cü dan qara kəmər sahibi) təmsil ediblər. Dünya Oyunlarına aykidoçularımız AAAKİB-nin də üzvü olduğu Beynəlxalq Aykido Federasiyasının (BAF) dəvəti ilə qatılıblar.
Yarışda təmsilçilərimiz 32 idmançıdan ibarət olan aykido üzrə dünya yığmasının heyətinə daxil olmağı bacarıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]