AZƏRBAYCAN BANK TƏDRİS MƏRKƏZİ KURSLAR TƏŞKİL EDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Bank Tədris Mərkəzi “Beynəlxalq diplomlu peşəkar mühasib“ (CIPA-Certified International Professional Accountant) proqramının diplomunu almaq üçün tədris kursları təşkil etmişdir.
“Beynəlxalq diplomlu peşəkar mühasib” proqramının diplomu 2 səviyyəlidir. Beynəlxalq Mühasiblər Federasiyasının təhsil qaydalarına və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsaslanan CAP/CİPA diplomu BMT-nin Ticarət və İnkişaf Agentliyi, Mühasib və Auditorların Beynəlxalq Şurası, Beynəlxalq Maliyyə Korporasiyası, Beynəlxalq Mühasibat Standartları Şurası və digər beynəlxalq qurumlar tərəfindən tanınır.
CAP diplomunu almağa təhsilindən asılı olmayaraq ən azı 1 il, CIPA diplomu üçün isə ali təhsil və ən azı 3 il uçot sahəsində təcrübə tələb olunur.
Hər bir mövzu üzrə kurs zamanı dinləyicilərə zəruri materiallar paylanacaq və praktiki məşğələlər keçiriləcəkdir.
Əlavə məlumatları www.abtc.az və www.cipa.az internet ünvanlarından əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [14:11]
Xırdalan-Bakı qatarlarının yolda olma müddəti 35 dəqiqəyə endirilir
- 14.09.2026 [12:39]
Bakı Metropolitenində qatarlararası intervallar azaldılır VİDEO
Bəzi yerlərdə duman olacaq
- [12:25]
Bu saata olan əsas xəbərlər
- [12:00]
DTX-nin rəisi Çinə səfər edib
- [11:00]