Azərbaycan Basketbol Liqası: “Gəncə” komandası qalib gəlib
Bakı, 14 fevral, AZƏRTAC
Azərbaycan Basketbol Liqasında XV turdan təxirə salınmış oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində "Gəncə" "Olimpik Şəki" ilə qarşılaşıb. Görüş qərb təmsilçisinin 89:76 hesablı qələbəsi ilə tamamlanıb.
Ən məhsuldar basketbolçular "Gəncə"dən Amil Həmzəyev (21 xal, 12 ribaund), "Olimpik Şəki"dən isə Larri Robinson (22 xal, 8 ribaund) olublar.