Azərbaycan Beşinci İpək Yolu Beynəlxalq Forumunda təmsil olunacaq
Tbilisi, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 22-23-də Tbilisidə Beşinci İpək Yolu Beynəlxalq Forumu keçiriləcək.
Gürcüstanın Sənaye-Ticarət Palatasından AZƏRTAC-a bildiriblər ki, forumun əsas məqsədi İpək Yolu təşəbbüsünün təmsilçiləri, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri üçün əməkdaşlığın, beynəlxalq və regional ticarət əlaqələrinin dərinləşdirilməsi perspektivlərinin müzakirəsi məqsədilə platforma yaratmaqdır.
Forumda Baş nazir Əli Əsədovun rəhbərliyi etdiyi nümayəndə heyəti iştirak edəcək və Azərbaycanın Baş naziri forumun əsas spikerlərindən biri olacaq.
Tədbir Avropa və Asiya ölkələri arasında ticari-iqtisadi, siyasi və mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından ən yaxşı imkanlardan biri hesab edilir.
Forumda ticarətin asanlaşdırılması, elektron kommersiyanın inkişafı, rəqəmsal rabitə, nəqliyyat infrastrukturu və enerji sektorunun inkişafı və modernləşdirilməsi və s. aktual məsələlər müzakirə olunacaq.
Oktyabrın 22-də də rəsmi açılışdan sonra forum işini panel iclaslarla davam etdirəcək.
Forumda 1000-dən çox nümayəndənin iştirakı gözlənilir.
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]