AZƏRBAYCAN BEYNƏLXALQ BANKI ÖLKƏNİN ƏN YAXŞI BANKI HESAB EDİLMİŞDİR
Sentyabrin 2-də Londonda Britaniyanın nüfuzlu “Banker“ jurnalı tərəfindən təşkil edilmiş mərasim keçirilmişdir. Həmin jurnal 2001-ci ilin yekunlarına görə Azərbaycan Beynəlxalq Bankını respublikamızda ilin ən yaxşı bankı hesab etmişdir. ABB-nın mətbuat xidmətindən bildirmişlər ki, bank artıq üçüncü dəfədir ki, bu ada layiq görülür. Xatırladaq ki, “Yevromani” jurnalı da ötən ilin yekunlarına görə ABB-nı Azərbaycanda ilin ən yaxşı bankı hesab etmişdir.
Londonda keçirilən mərasimdə bankın idarə heyəti sədrinin müavini Emil Mustafayev başda olmaqla ABB nümayəndə heyəti iştirak etmişdir. Lap bu yaxınlarda isə Amerikanın tanınmış “Qlobl faynənşl” jurnalı Cənubi Qafqaz ölkələrində keçirdiyi monitorinqə yekun vurmuşdur. Onun nəticələrinə görə, Azərbaycan Beynəlxalq Bankı yenə də bu regionda inkişaf etməkdə olan banklar arasında ən yaxşısı hesab olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:42]
® “Coca-Cola”nın dəstəyi ilə “Xəzəri Qoruyaq!” ekoloji aksiyası yekunlaşıb
- 22.09.2026 [15:20]
Səkkiz ayda Astara Terminalında 537 min tondan çox yük aşırılıb
- 22.09.2026 [15:14]
Bakıda yeni müasir məhəllə qazanxanaları tikilir
- 22.09.2026 [15:09]