Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-BMT: 27 illik əməkdaşlığın inkişaf özəllikləri

Azərbaycan-BMT: 27 illik əməkdaşlığın inkişaf özəllikləri

Bakı, 7 mart, AZƏRTAC

“Newtimes.az” portalında "Azərbaycan-BMT: 27 illik əməkdaşlığın inkişaf özəllikləri" sərlövhəli məqalə dərc edilib. Məqalədə Azərbaycanın BMT üzvlüyünə qəbul edilməsindən keçən dövr ərzində tərəflər arasında əlaqələrin inkişaf dinamikası nəzərdən keçirilir və münasibətlərin geosiyasi aspektinin analizi aparılır. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycanın BMT üzvlüyünə qəbul edilməsinin 27-ci ili tamam olub. 1992-ci il martın 2-dən bu günə qədər tərəflər arasında əlaqələrin xüsusi dinamika ilə inkişaf etdiyi ilə bağlı ekspertlərin yekdil fikri vardır. Keçən müddətdə bütün sahələr üzrə Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatla əlaqələrini yüksələn xətlə inkişaf etdirib. Lakin müstəqilliyin ilk illərində BMT ilə münasibətlərdə problemlər mövcud idi. O dövrdəki rəhbərliyin siyasi naşılığı və bir sıra dairələrin təxribatçı fəaliyyəti nəticəsində ölkəmiz bu beynəlxalq təşkilatla fəal əməkdaşlıq edə bilmədi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə vəziyyət kökündən dəyişdi. O zamandan bu yana Azərbaycanla BMT arasında əməkdaşlıq həm sistemli xarakter aldı, həm də Azərbaycanın müstəqil dövlətçilik maraqlarına tam cavab verdi. Həmin kontekstdə Azərbaycan-BMT münasibətlərinin geosiyasi aspektinin analizi üzərində bir qədər geniş dayanmağa ehtiyac görürük.

Bretton-Vuds sistemi və BMT: 1945-ci ildən sonrakı ziddiyyət

Birləşmiş Millətlər Təşkilatı (BMT) ən nüfuzlu dövlətlərarası beynəlxalq təşkilatdır. Onun tarixi və məqsədləri haqqında kifayət qədər informasiyalar mövcuddur. BMT-nin Nizamnaməsi 1945-ci ilin aprelində ABŞ-ın San-Fransisko şəhərində SSRİ və Amerika nümayəndələri arasında bir neçə aylıq çalışmalardan sonra razılaşdırılıb. Nizamnamə həmin ilin iyun ayında yenə həmin şəhərdə keçirilən beynəlxalq konfransın təsdiqinə verilib. İştirakçı dövlətlərin sayı 50 olub. Ancaq aparıcı qüvvə kimi SSRİ və ABŞ çıxış edib. 1945-ci ilin oktyabrında BMT-nin Nizamnaməsi qüvvəyə minib. Bu təşkilatı Almaniya üzərində qələbə qazanan böyük dövlətlər dünya siyasətində prosesləri beynəlxalq hüquqa uyğun tənzimləmək üçün yaradıblar. Lakin bir məqamın üzərində nədənsə mütəxəssislər dayanmaq istəmirlər. Bu məqam hazırda BMT ilə bağlı müəyyən ziddiyyətli vəziyyətlərin yaranmasında az rol oynamayıb. İndi BMT-nin üzvləri çoxdur, lakin onun dünya siyasətinə təsirinin səmərəsi heç də keçən əsrdən çox deyil. Səbəblər müxtəlifdir. Biz yalnız BMT yarandığı dövrdə özünü göstərən bir ziddiyyətə diqqət yetirmək istərdik.

Məsələ ondan ibarətdir ki, həmin dövrdə Amerika ilə SSRİ arasında yaradılacaq dünya nizamında hansı faktora üstünlük verməklə bağlı fikir ayrılığı mövcud idi. Vaşinqton dünya iqtisadiyyatında inkişafa və tənzimlənməyə nail olmaq üçün qlobal sülhü və barışı təmin etməyin mümkünlüyünə inanıb. SSRİ isə Amerikanın təklif etdiyi bu yanaşmaya dəstək verməyib, dünya miqyasında siyasəti tənzimləməyin daha perspektivli olduğunu iddia edib. Nəticədə, iki qlobal sistem yaranıb: Bretton-Vuds sistemi və Birləşmiş Millətlər Təşkilatı.

Bretton-Vuds (ABŞ-da şəhərdir) sistemində başlıca olaraq iqtisadi-maliyyə sahəsində dünya dövlətlərini bir araya gətirmək nəzərdə tutulub. Bu təşkilatın yaradılması üçün ilk konfrans 1944-cü ildə Bretton-Vudsda keçirilib. Orada üç əsas institutun yaradılması nəzərdə tutulub - Beynəlxalq Valyuta Fondu (BVF), Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Tariflər və Ticarət üzrə Baş Saziş (TTBŞ). Lakin Tariflər və Ticarət üzrə Baş Sazişi SSRİ imzalamaqdan imtina edib. Bütövlükdə sovetlər yuxarıda vurğulanan beynəlxalq qurumlarda iştirakdan imtina edib. TTBŞ yalnız 1947-ci ildə razılaşdırılıb. BVF və BYİB BMT-nin təsisatları sırasına daxil edilib.

Bununla da öncədən Qərblə SSRİ arasında dünyanın siyasi və iqtisadi idarə edilməsi məsələsində fikir ayrılığı olub. Moskva beynəlxalq iqtisadi proseslərə qarışmayıb, buna görə də iqtisadi fəaliyyətdə sərbəstlik əldə edib. Lakin o, dünyanın aparıcı hissəsinin liderlik etdiyi beynəlxalq iqtisadi proseslərdən təcrid olunub. Düşünürük ki, bu ziddiyyət XX əsin ikinci yarısından başlayaraq getdikcə daha da dərinləşib və iki tərəfdən birinin sıradan çıxması ilə nəticələnməli idi. Bu hadisə keçən əsrin 90-cı illərinin əvvəllərində baş verdi - sosialist düşərgəsi əsas olaraq iqtisadi çətinliklərə görə yarışa dayana bilmədi və çökdü.

Bütün bunlar qlobal geosiyasi proseslərə çox ciddi təsir göstərdi. Təbii ki, bir böyük gücün dağılması siyasətə təsirsiz qala bilməzdi. ABŞ başda olmaqla Qərb öz qələbələrini böyük təntənə hesab etdi və beynəlxalq təşkilatların qlobal siyasəti tənzimləməsi məsələsinə elə də səmimi yanaşmadı. Məhz belə bir qarışıq mərhələdə - ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini əldə etmiş keçmiş sovet respublikaları BMT-yə üzv oldular. Azərbaycan BMT-yə daxil olan 181-ci ölkə idi!

Azərbaycan və BMT: Heydər Əliyevin əsasını qoyduğu əməkdaşlıq yolu

Təbii ki, belə bir dolaşıq mərhələdə gənc müsəlman ölkəsinin ən böyük beynəlxalq təşkilata üzv olması sadə məsələ deyildi. Böyük güclərin illərdir çarpışdığı bir təşkilatda düzgün mövqe tutmaq və milli dövlətçiliyi müdafiə etmək siyasi iradə, ustalıq və diplomatik bacarıq tələb edirdi. Heydər Əliyevdən öncəki siyasi iqtidarların heç biri bu vəzifənin öhdəsindən gələ bilmədi. Azərbaycan nəinki hüquqlarını müdafiə edə bilirdi, hətta dövlət olaraq tarixdən silinməsi təhlükəsi ilə üzləşmişdi.

Bunun əsas səbəbi naşı rəhbərlik və havadarlarının ciddi yardımı və istiqamətləndirmələri ilə Ermənistanın aramsız olaraq Azərbaycan torpaqlarını işğal etməyə çalışması idi. 1993-cü ilin iyun ayına qədər bu istiqamətdə Azərbaycan üçün çox əlverişsiz bir vəziyyət yaranmışdı. Ulu öndər məhz bu cür ağır, məşəqqətli və təhlükəli dövrdə xalqın tələbi ilə ölkəyə rəhbər oldu. Bununla da tədricən bütün istiqamətlərdə dövlətin siyasəti sistemli və səmərəli xarakter almağa başladı. Heydər Əliyev həmin aspektdə beynəlxalq təşkilatlarla, ilk növbədə, isə BMT ilə əməkdaşlığa çox böyük önəm verdi.

1994-cü və 1995-ci illərdə BMT tribunasından çıxış edərək Heydər Əliyev gənc Azərbaycan dövlətinin müstəqil xarici siyasətinin və demokratik dövlət quruculuğu konsepsiyasının əsas məqamlarını dünyaya bəyan etdi. Məlum oldu ki, Cənubi Qafqazda yeni demokratik və sülhsevər bir dövlət yaranıb. Bu, Azərbaycan-BMT münasibətlərinin perspektivindən xəbər verirdi. Təcrübə göstərdi ki, rəsmi Bakı bu təşkilatla əməkdaşlığa ciddi diqqət yetirir və onun Nizamnaməsinə tam əməl edir.

Lakin yuxarıda vurğuladığımız kimi, böyük güclər arasında öncədən mövcud olan mövqe fərqliliyi bütün məsələlərdə BMT-nin ədaləti müdafiə etməsinə əngəllər törədirdi. Xüsusilə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində erməni silahlı qüvvələrinin işğalı altında qalan torpaqların azad edilməsi məsələsi dolaşıqlığa salındı. BMT bu məsələ ilə bağlı dörd qətnamə qəbul etsə də, indiyə qədər onlara əməl olunmayıb. Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 27-ci ilində vəziyyətin bu şəkildə qalması, təbii ki, ürəkaçan deyil. Ölkə böyük ümidlərlə daxil olduğu nüfuzlu beynəlxalq təşkilatın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi sənədləri icra edə bilməməsini böyük üzüntü ilə qarşılayır. Bu, birbaşa BMT-nin Nizamnaməsinin pozulması və beynəlxalq hüquq normalarının tapdanmasıdır.

Aydındır ki, vəziyyətin bu cür olmasında BMT Təhlükəsizlik Şurasının üzvlərinin tutduqları mövqe az rol oynamır. Bu səbəbdəndir ki, hələ 1995-ci ildə BMT-nin 50 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış edən Heydər Əliyev təşkilatda ciddi islahatların aparılması zərurətini vurğulamışdı. Nitqində Ulu Öndər xüsusi olaraq qeyd etmişdi ki, geosiyasi qaydalar dünyada yeni əsaslara keçməlidir və bu prosesdə BMT ayrıca rol oynamalıdır. Çünki BMT dünyada ən nüfuzlu və ən səlahiyyətli təşkilatdır. Xüsusilə BMT TŞ-nin fəallığı və obyektivliyi yüksəldilməlidir. Çünki Təhlükəsizlik Şurası beynəlxalq hüququn əsas prinsiplərinin pozulması faktlarına kollektiv reaksiya prosesinin sistemli olaraq formalaşdırılmasında çox vacib funksiya yerinə yetirməlidir. Həmin normaların pozulması isə beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdiddir.

Heydər Əliyevin BMT-yə yüksək əhəmiyyət verməsi və bu əsasda həmin təşkilatla geniş əlaqələr qurmağa başlaması öz müsbət nəticələrini verməkdədir. Hələ 1993-cü ildə BMT keçirdiyi 85-ci plenar iclasında "Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında" qətnamə qəbul etmişdi. Heydər Əliyevin 1994-cü ilin sentyabrında BMT Baş Assambleyasının 49-cu sessiyasındakı çıxışı beynəlxalq ictimaiyyətin diqqətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb edilməsində mühüm əhəmiyyət kəsb etdi. Biz artıq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin dörd qətnamə qəbul etməsini vurğulamışıq. Heydər Əliyev 2000-ci ilin sentyabr ayında BMT-də minilliyin sammitində çıxış edərək bir daha dünyanın diqqətini bu münaqişənin həllinə yönəltmiş və ölkəmizin ədalətli mövqeyini növbəti dəfə ifadə etmişdi.

Sistemli və çoxşaxəli əlaqələr: reallaşan uğurlu proqramlar

Bununla Azərbaycanın BMT ilə əməkdaşlığı yeni səviyyədə sistemli xarakter aldı. Nəticədə, Azərbaycan BMT-nin müxtəlif orqanları ilə səmərəli əməkdaşlıq əlaqələri qura bildi. Ölkəmiz onun seçkili orqanlarında, alt komitələrində, ixtisaslaşmış və digər qurumlarında kifayət qədər fəaldır.

Azərbaycan 1995-ci ildən başlayaraq BMT-nin çox sayda komissiya və şurasına üzv qəbul edilib və orada kifayət qədər aktiv fəaliyyət göstərir. Həmin komissiyalar sırasında UNESCO-nu, UNICEF-i, ECOSOC-u, habelə Qadınların vəziyyəti haqqında Komissiyanı, İnsan Hüquqları Komissiyasını, Dünya Səhiyyə Təşkilatı İcraedici Şurasını və başqalarını göstərmək olar. Bunlardan başqa, Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Heyətinə, BMT-nin Təhlükəsizlik Şurasına və Ümumdünya Turizm Təşkilatının İcra Şurasına üzv seçilib. Azərbaycan BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasının da üzvüdür.

Azərbaycanın BMT-nin ixtisaslaşmış və digər qurumları ilə də yaxın əməkdaşlığı diqqəti çəkir. O sırada BMT-nin İnkişaf Proqramı, Qaçqınlar üzrə Ali Komissarlığı, Uşaq Fondu, Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı ilə daim inkişaf edən əlaqələri göstərə bilərik.

Yuxarıda vurğuladıq ki, Azərbaycan UNESCO ilə də sıx əməkdaşlıq edir. BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan bu qurumla əlaqələr üzərində bir qədər geniş dayanmaq olar. Hələ 1994-cü ildə Prezident Heydər Əliyevin Sərəncamına əsasən, Azərbaycanın UNESCO nəzdində Milli Komissiyası təsis edilib. Elm, təhsil və mədəniyyətin dünya miqyasında əhəmiyyətini nəzərə alaraq Azərbaycan rəhbərliyi bu prosesə xüsusi diqqət yetirib. UNESCO ilə əlaqələrin yüksək sürətlə inkişaf etməsində Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva xüsusi rol oynayır. Heydər Əliyev Fondu həmin istiqamətdə daim proqramlar həyata keçirir. Onlar cəmiyyətin müxtəlif sferalarını əhatə edirlər. O cümlədən Azərbaycan mədəniyyətinin BMT xətti ilə dünyada tanıdılması istiqamətində çox əhəmiyyətli addımlar atılır.

Hələ 1996-cı ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyi Parisdə - UNESCO-nun qərargahında təntənə ilə qeyd edilmişdi. 2000-ci ildə isə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi orada təşkil edildi. Bütövlükdə UNESCO-nun Yubileylər Proqramı çərçivəsində onlarca yubiley tədbiri beynəlxalq səviyyədə qeyd edilib. Mehriban Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və UNESCO-nun ideyalarına göstərdiyi sadiqliyə görə 2004-cü ilin sentyabrında onun xoşməramlı səfiri adına layiq görülüb. 2010-cu ildə isə Mehriban xanım Əliyeva UNESCO-nun "Qızıl Motsart" medalı ilə təltif edilib. Məhz Mehriban Əliyevanın fəaliyyəti sayəsində Azərbaycanın maddi-mədəni irs nümunələri - İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi və Qobustan Qaya Sənəti Mədəni Landşaftı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bundan başqa, Azərbaycan muğamı, aşıq sənəti, Novruz bayramı, xalçaçılıq sənəti, eləcə də tar və onun ifaçılıq sənəti Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına salınıb. Çövkən ənənəvi atüstü oyunu da UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bunlara bir sıra görkəmli Azərbaycan alim, filosof və mədəniyyət xadimlərinin yubileylərinin təşkil edilməsini də əlavə etmək olar.

Deyilənlər Azərbaycanın elm, təhsil və mədəniyyət sahəsində BMT ilə yüksək səviyyədə əməkdaşlıq etdiyini təsdiqləyən konkret faktlardandır. Keçən müddət ərzində BMT ilə bütün istiqamətlərdə uğurlu əlaqələrin inkişaf etdiyini deyə bilərik. O cümlədən Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və fəallığı ilə Azərbaycan-BMT münasibətləri geosiyasi, siyasi, təhlükəsizlik və digər sferalar üzrə dinamik inkişaf edir.

Yeni mərhələ: İlham Əliyevin siyasi iradəsi və düşünülmüş əməkdaşlıq kursu

2003-cü ildə BMT Baş Assambleyasının 58-ci sessiyasında Azərbaycan Respublikasının Baş naziri kimi çıxış edən İlham Əliyev BMT Təhlükəsizlik Şurasının şəraitə uyğun çevik və adekvat münasibət göstərə bilməməsini qeyd etmişdi. Bunun beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlər arasında qarşılıqlı anlaşılmazlıqların meydana çıxması fonunda baş verməsini vurğulamışdı. İlham Əliyev məntiqi nəticə olaraq BMT TŞ-də müəyyən islahatların zəruri olduğunu ifadə etmişdi. Konkret olaraq, İlham Əliyev BMT mexanizmlərinin yenidən işlənməsinə olan ehtiyacı açıq ifadə etmişdi. O cümlədən Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququna yenidən baxılması təklifini irəli sürmüşdü.

Bundan bir il sonra isə artıq Prezident kimi İlham Əliyev BMT Baş Assambleyasının 59-cu sessiyasında (2004-cü ilin sentyabrı) çıxış edərkən vurğulamışdı ki, "təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniş tərkibli, daha çox məsuliyyətli və demokratik, onun iş metodları daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ cavab verilməlidir".

Dövlət başçısı həmin sessiyada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin yerinə yetirilmədiyini diqqətə çatdırdı. Dövlət başçısı onların həyata keçirilməsinin BMT TŞ üçün vacib olduğunu ifadə etmişdi. Bundan sonra, oktyabrın 29-da BMT Baş Assambleyasının sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı məsələ iclasın gündəliyinə salındı.

Bu fəaliyyətin məntiqi nəticəsi olaraq Baş Assambleyanın 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclası və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclasında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı qətnamələr qəbul edildi. Həmin sənədlərdə Təhlükəsizlik Şurasının məlum qətnamələrinə istinad edilir və göstərilir ki, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması qəbuledilməzdir. Bundan əlavə, işğal edilmiş Azərbaycan torpaqlarında ermənilərin təxribatlar törətməsi, dağıntılar yaratması, təbiətə zərər vurması qətiyyətlə pislənilir.

Onu da deyək ki, bu sənədlərdə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunur, Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə hörmət ifadə edilir. Bunlar, şübhəsiz ki, Prezident İlham Əliyevin məsələni birbaşa BMT qarşısında qətiyyətlə qaldırması sayəsində mümkün oldu.

Bunlarla yanaşı, Azərbaycan-BMT əməkdaşlığında sülh və təhlükəsizlik məsələləri üzrə əlaqələr də xüsusi yer tutur. Azərbaycan BMT orqanlarında sülh və təhlükəsizlik məsələlərinə dair siyasi müzakirələrdə aktiv iştirak edir. Bakı BMT-nin mandatı ilə həyata keçirilən praktiki fəaliyyətə töhfə verir. Bu baxımdan Azərbaycanın BMT çərçivəsində terrorizmə qarşı aparılan mübarizədə fəal iştirakı ayrıca vurğulanmalıdır. Ölkəmiz BMT TŞ-nın Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edir və ona Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim edir.

Təbii ki, Azərbaycan-BMT münasibətlərindən bəhs edərkən Azərbaycan Respublikasının 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə Şərqi Avropa dövlətləri qrupundan namizədliyinin irəli sürülməsini unutmaq olmaz. Azərbaycan seçkilərdə 155 səs əldə edərək BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçildi. İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin may ayında Təhlükəsizlik Şurasının iclasının keçirilməsi Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biridir. Bu, həm də Azərbaycanın beynəlxalq aləmdə çəkisinin artması və ayrılıqda BMT-də böyük etibar qazanmasının əlaməti idi.

Azərbaycan sivil, demokratik və əməkdaşlığa üstünlük verən müstəqil dövlət kimi BMT çərçivəsində siyasi, iqtisadi və mədəni sahələrdə həyata keçirilən proqramların bəşəriyyətin rifahına xidmət etməsi naminə də fəallıq göstərir. Bu məsələdə ölkəmiz geosiyasi, siyasi və təhlükəsizlik aspektləri arasında uyğunluq yaradılmasına çalışır. Məsələn, Azərbaycan BMT-nin davamlı inkişafa aid proqramlarında iştirak edir. Bu baxımdan 2015-ci il BMT sammitində növbəti 15 il ərzində (2030-cu ilə qədər) qlobal inkişafa dair bır sıra konkret hədəflərin (17 Davamlı İnkişaf Məqsədi üzrə 169 hədəf) müəyyən edilməsi xüsusi vurğulanmalıdır. Azərbaycanın bu istiqamətdə BMT ilə əməkdaşlığı iqtisadi artım, yoxsulluğun ləğvi, ərzaq təminatı, təhsil, ətraf mühit, gender bərabərliyi və s. kimi mühüm inkişaf məsələlərini əhatə edir. Şübhə yoxdur ki, həmin kontekstdə Azərbaycan-BMT əməkdaşlığı uzunmüddətli olacaqdır.

Beləliklə, BMT ilə Azərbaycanın əməkdaşlığı 27 ildir ki, yüksələn xətt üzrə inkişaf edir və güclənir. Bu, həm bu nüfuzlu beynəlxalq təşkilat üçün, həm də Azərbaycan üçün faydalıdır. Azərbaycan artıq dünyanın nüfuzlu təşkilatlarında öz yeri, rolu və müstəqil mövqeyi olan ölkə kimi qəbul edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu prosesin daha da sürətlənəcəyinə tam əminlik vardır.

Leyla Məmmədəliyeva,

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun doktorantı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın bir neçə bölgəsinə elektrik enerjisinin verilişi dayandırılacaq

Bakıda sıxlıq olan yollar açıqlanıb

Çin “Delfin” qasırğası ilə əlaqədar bir milyondan çox insanı təxliyə edib

Yəmən ordusu: Husilərin hücumu nəticəsində 7 nəfər ölüb

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq