AZƏRBAYCAN BOKSÇULARI BEYNƏLXALQ TURNİRDƏ 5 QIZIL VƏ 2 GÜMÜŞ MEDAL QAZANMIŞLAR
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın boks üzrə gənclərdən ibarət yığma komandası Moldovanın Tiraspol şəhərində keçirilən beynəlxalq turnirdə iştirak etmişdir. Turnirdə ölkəmizin idman şərəfini 7 boksçu qorumuşdur.
Azərbaycan, Moldova, Rumıniya və İsrail komandalarının iştirak etdikləri yarışda 100-dən çox boksçu öz qüvvəsini sınamışdır. Azərbaycan boksçuları bu turnirdə 5 qızıl və 2 gümüş medal qazanmışlar.
İdmançılarımızdan Qurban Qurbanov (48 kq), İlkin Ağayev (54 kq), Elvin Əliyev (57 kq), Qismət Eynullayev (60 kq) və Anar Cəfərov (64 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Digər boksçularımız Fərid Mövsümov (69 kq) və Malik Məmmədzadə (81 kq) isə ikinci yerə çıxmışlar.
Azərbaycan idmançısı İlkin Ağayev turnirin ən yaxşı boksçusu kimi xüsusi mükafata layiq görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]