Azərbaycan çempionu: Özümü ölkənin ən yaxşı qadın şahmatçısı olaraq sübut etdiyimi deyə bilmərəm
Bakı, 19 fevral, AZƏRTAC
"Yarış mənim üçün çox çətin keçdi. Sonda qalib olduğuma görə çox xoşbəxtəm".
AZƏRTAC xəbər verir ki, bu sözləri qadın şahmatçılar arasında Azərbaycan çempionu olan Ayan Allahverdiyeva mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Gənc şahmatçı Azərbaycan çempionatında iştirak etmək barədə son anda qərar verdiyini bildirib: "Daha yaxşı çıxış edə bilərdim. Lakin tam formada deyildim. Bununla belə, qalib gəlməyi bacardım. Məni məyus edən məqam bütün şahmatçıların yarışda iştirak etməməsi oldu. Buna görə də özümü Azərbaycanın ən yaxşı qadın şahmatçısı olaraq sübut etdiyimi deyə bilmərəm".
Ayan Allahverdiyeva gələcək hədəflərindən də söz açıb: "Aprel ayında Avropa çempionatı keçiriləcək. Məqsədim həmin turnirə maksimum səviyyədə hazırlaşmaqdır. Ən böyük hədəfim isə qrosmeyster adını almaqdır".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]