Azərbaycan cüdoçuları Avropa Kuboku turnirinin ilk günündə 5 medal əldə edib
Bakı, 12 mart, AZƏRTAC
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk günü Azərbaycan cüdoçuları 1 qızıl və 4 bürünc medal əldə edib.
AZƏRTAC xəbər verir ki, turnirin ilk günündə qızların yarışında (-40 kq, -44 kq, -48 kq və 52 kq çəki dərəcələrində) 14 cüdoçumuz, oğlanların yarışında isə (-50 kq, -55 kq, -60 kq və -66 kq) 17 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
Cüdoçumuz Əhməd Rüstəmov (-50 kq) bürünc medal uğrunda görüşdə gürcüstanlı idmançı Luka Omanadzeyə qalib gələrək yarışı 3-cü yerdə başa vurub. -55 kq çəkidə Həsən Həsənli və Fərid Qarayev turnirin bürünc medalını qazanıb. Eyni çəki dərəcəsində mübarizə aparan Mirxaliq İskəndərov finalda Qazaxıstan təmsilçisi Oralbek Bayzaka qalib gələrək qızıl medal əldə edib. -60 kq çəkidə Ümüd Qurbanov bürünc medal uğrunda görüşdə serbiyalı cüdoçu Velko Simiki üstələyib.
Qızların mübarizəsində Vüsalə Hacıyeva (-48 kq) 5-ci, Gülşən Hüseynova (-40 kq) 7-ci yerlə kifayətlənib. Oğlanlar arasında isə Ayxan Mirzəzadə (-55 kq) 5-ci yerə çıxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [22:00]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [21:44]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [20:40]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]