Azərbaycan cüdoçuları Təl-Əviv Qran-Prisində çıxışlarını davam etdirirlər
Bakı, 25 yanvar, AZƏRTAC
İsrailin paytaxtı Təl-Əvivdə keçirilən cüdo üzrə Qran-Pri turnirinin birinci gününün yarışlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, cüdoçularımız turnirin birinci gününü medalsız başa vurublar. Yarışların ikinci günündə Rüstəm Orucov (73 kq) Özbəkistan təmsilçisi Uluqbek Otamurodov və israilli cüdoçu Din Yakov Gemerlə qüvvəsini sınayacaq. Hidayət Heydərov (73 kq) isə Jorge Fernandes (Portuqaliya) və Ciovanni Espozito (İtaliya) ilə mübarizə aparacaq. Turnirdə 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Murad Fatiyev Avstraliya idmançısı Eoin Couqlan ilə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]