Azərbaycan cüdoçusu Təl-Əviv Qran-Prisində bürünc medal qazanıb
Bakı, 26 yanvar, AZƏRTAC
İsrailin paytaxtı Təl-Əvivdə keçirilən cüdo üzrə Qran-Pri turnirinin sonuncu günündə Azərbaycan millisi ilk medalını əldə edib.
AZƏRTAC xəbər verir ki, Məmmədəli Mehdiyev (90 kq) ardıcıl olaraq türkmənistanlı İhlas Setderovu və kanadalı Mohab El Nahası məğlub etsə də, dörddəbir finalda hollandiyalı Jesper Sminkə uduzub. İdmançımız təsəlliverici görüşdə ABŞ təmsilçisi Kolton Braun və estoniyalı Klen Kristofer Kalyulayd üzərində qələbə qazanaraq bürünc medala layiq görülüb.
Qeyd edək ki, komandamızın üzvləri İrina Kinderskanın (+78 kq) finaldakı rəqibi ukraynalı Yelizaveta Kalaninadır. Uşangi Kokauri (+100 kq) bürünc medal uğrunda görüşdə rusiyalı Anton Krivobokov ilə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]