Azərbaycan cüdoçusu Universiadada yarımfinala yüksəlib
Essen, 25 iyul, AZƏRTAC
Azərbaycan cüdoçusu Elcan Hacıyev Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında yarımfinala yüksəlib.
AZƏRTAC xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda litvalı Auqustas Sluterisə ipponla qalib gəlib.
Bu gün mübarizəyə qoşulan digər dörd cüdoçumuz isə turnirlə medalsız vidalaşıb.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası iki qızıl və bir gümüş mükafat əldə edib.